Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:37

E. Hüseynovun qətlinin istintaqında yeni heç nə aşkarlanmayıb


Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir Bu haqda baş prokurorun müavini Ramiz Rzayev bildirib. İstintaq bu ana qədər ancaq mərhumun atası və xanımının qətl törədilən vaxt işıq, mobil və şəhər telefonunun qəsdən kəsilməsi barədə iddialarını araşdırıb.



Cənab Rzayevin sözlərinə görə, mobil və şəhər telefonu daim işləyib. Müstəntiqlər uzağı 4—5 dəqiqə rabitədə nasazlıq olduğunu ehtimal edirlər. Şəhər telefonu isə ancaq otaqlardan birində, xətt qırıldığı üçün işləməyib.



Blokda işıq həqiqətən olmasa da, bu, sakinlərin işıq puluna qənaət etdikləri üçün baş verib.



Hadisə yerindən 150 m aralıqda tapılan papaq və tapança isə ekspertizaya verilib. Amma heç bir əl izləri aşkar edilməyib.



Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Rino Harniş artıq Federal Təhqiqatlar Bürosunun əməkdaşlarının Bakıda olduğunu və araşdırmada iştirak etdiklərini bildirib.
XS
SM
MD
LG