Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:46
Rubrikalar

Paytaxt Bakıda dünən axşamdan başlayan elektrik enerjisi böhranı “Azərenerji” Səhmdar Cəmiyyətində nasazlıqla bağlıdı


Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir Paytaxt Bakıda dünən axşamdan başlayan elektrik enerjisi böhranı “Azərenerji” Səhmdar Cəmiyyətində nasazlıqla bağlıdı. “Barmek-Azərbaycan” elektrik paylayıcı şirkətdən aldığımız məlumata görə, bu şirkət Azərenerjidən 200 meqa Vat-a yaxın enerjini almadığı üçün problem yaranıb. Barmekin mətbuat xidmətinin nümayəndəsi Nəsimi Paşayevin sözlərinə görə, elektrik enerjisi ilə problemlərin nə qədər vaxt davam edəcəyi hələ bilinmir.

Azərenerji səhmdar cəmiyyəti ilə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı.





Azərbaycanda neftin hesabına 2005 və 2006-cı illərdə ixracatın artımı 20 fazidən çox olacaq. Bu haqda məlumatları beynəlxalq “Economist İntelligence Unit” araşdırma qrupu yayıb. Qrupun hesablamalarına görə, bu il artım 23 faiz, 2006-cı ildə isə 24 fazi təşkil edəcək. Ötən il ixracatın həcmi 10 faiz olmuşdu. Eyni proqnozlar da ümumi daxili məhsulla bağlıdı. Düzdür, ixrac qədər olmasa artım nəzərə çarpacaq dərəcədə yüksək olacaq. “İntelligence Unit” məhsulun 2005-ci ildə 14 faiz, 2006-cı ildə isə 16 faiz artacağını bildirir. Amma araşdırma qrupu bunun əsasən iqtisadiyyatın birtərəfli – neft ixracı hesabına əldə ediləcəyini də vurğulayır.





Almaniya Azərbaycan banklarında əmanətçilərin vəsaitlərini sığortalama sisteminin yaradılması üçün 6 milyon avro ayırıb. Maliyyə naziri və Almaniyanın Azərbaycandakı səfiri Detlef Linqemanın imzaladığı sazişə görə, 5 milyon avro 40 illik kredit kimi, 1 milyon avro isə ödənilməsi tələb olunmayan vəsait - qrant şəklində ayrılacaq. Bundan əlavə, eyni şərtlərlə Almaniya höküməti Gəncə və Şəki şəhərlərinin su ilə təminatının yaxşılaşdırılması üçün 10 milyon avro da ayırır. Gələn həftə isə Almaniya mütəxəssisləri kreditin şərtlərini dəqiqləşdirmək üçün Azərbaycana gələcək, İndiyədək Almaniya Azərbaycana müxtəlif məqsədlərlə 300 milyon avrodan çox kredit ayırıb





Fevralın 24-də Milli Bankdan aldığımız məlumata görə, 1 ABŞ dolları 4891 manat, avro isə 6458 manatdır. Rusiya rublunun məzənnəsi 176 manatdır.
XS
SM
MD
LG