Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:31

ABŞ İspaniyanın qərarından məyus olub


Birləşmiş Ştatlar İspaniyanın Kosovodan əsgərlərini geri çağırmasını pisləyib və bunun NATO müqaviləsinə zidd olduğunu deyib.

Dövlət Departamentinin sözçüsü Robert Vud qərarın məyusedici və Vaşinqton üçün gözlənilməz olduğunu deyib.

İspaniyanın hakim dairələri ötən cümə axşamı bəyan edib ki, Kosovoda təhlükəsizlik sarıdan vəziyyət yaxşılaşdığına görə İspaniya ordusu bu ilin avqustunda əyalətdən çıxarılacaq.

Hazırda Kosovoda 15 min yarım NATO əsgəri var ki, onun 600-dən bir qədər çoxu İspaniyanın payına düşür.

XS
SM
MD
LG