Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:07

Qətlin araşdırılması üçün parlament komissiyasının yaradılması təklif olunur


Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir ““Monitor”un baş redaktoru Elmar Hüseynovun qətli və ümumiyyətlə, Azərbaycanda jurnalistlərə qarşı zorakı aktların araşdırılması ilə bağlı Milli Məclisdə komissiya yaradılmalıdır. Bu, çox vacibdir”.



Parlamentin martın 4-də keçirilən iclasında millət vəkili Əliməmməd Nuriyev belə dedi və əlavə etdi ki, “Azərbaycan prezidenti bu məsələyə qiymət verdi. Milli Məclis də hakimiyyətin bir qoludur, o, da sözünü deməlidir”.



Onun fikrincə, hüquq-mühafizə orqanları üstü açılmayan cinayətlərlə bağlı Milli Məclisə hesabat verməlidir.



Əliməmməd Nuriyevə görə, “jurnalistsiz demokratik cəmiyyət mümkün deyil. Jurnalistin güllələnməsi demokratiyanın güllələnməsidir”. O hesab edir ki, bu hadisə ilə bağlı Milli Məclis bəyanat qəbul etməlidir. Onun bu təşəbbüsünə bir neçə başqa millət vəkili də qoşuldu.



“Fakt odur ki, Azərbaycan Elmar Hüseünovu itirdi” deyən AXCP-dən olan millət vəkili Cəmil Həsənli isə bu hadisəni “sifarişli qətl” adlandırır.



O deyir ki, bu qətlin sifarişçisi Elmar Hüseynovun “Monitor”dakı personajlarından biridir. Son bir neçə ay ərzində məmurların mətbuata qarşı müharibəsi gec—tez bununla nəticələnməli idi.



YAP üzvü, deputat Aydın Mirzəzadənin Camil Həsənlinin fikirlərinə münasibəti belə oldu:



«Mən Cəmil Həsənlinin fikirləri ilə razıyam. Ancaq Elmar Hüseynov təkcə iqtidarı yox, həm də müxalifəti tənqid edirdi».



Aydın Mirzəzadə Elmar Hüseynova atılan güllənin Azərbaycana, ölkədə gedən proseslərə və bütövlükdə dövrə, zamana atıldığını dedi.



Parlamentin sədri Murtuz Ələsgərov isə millət vəkilləri adından hüquq-mühafizə orqanlarından bu cinayətin üstünün tezliklə açılmasını tələb edəcəyini bildirdi.



O dedi ki, Azərbaycanda bu cür hadisələrin qarşısı alınmalı və gələcəkdə belə hallara yol verilməməlidir. Ancaq bəyanata ehtiyac yoxdur. Çünki Prezident Aparatının bəyanatı var.
XS
SM
MD
LG