Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:32

«Muğam aləmi» Beynəlxalq festivalının rəsmi açılışı olub


Martın 20-də Beynəlxalq Muğam Mərkəzində «Muğam aləmi» Beynəlxalq festivalının rəsmi açılış mərasimi olub. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə dünyanın 17 ölkəsindən festivala gəlmiş çoxsaylı qonaqlar iştirak ediblər.

Festival YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilir.

Festival martın 25-dək davam edəcək. «Muğam aləmi» festivalında Azərbaycanla yanaşı, ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan və digər ölkələr də təmsil olunur. Festival çərçivəsində elmi simpozium keçirilib. Bundan başqa, muğam ifaçılarının beynəlxalq müsabiqəsi keçiriləcək, müxtəlif konsertlər də təşkil ediləcək.
XS
SM
MD
LG