Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:42
Rubrikalar

Martın 2-də prezident fərmanı ilə dövlət neft fondunun bu ilki gəlirləri 1 trilyon 78 milyar manat həcmində təsdiqlənib


Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir Martın 2-də prezident fərmanı ilə dövlət neft fondunun bu ilki gəlirləri 1 trilyon 78 milyar manat həcmində təsdiqlənib. 2005-ci ildə 202 milyard manat qaçqın və köçkünlərlə bağlı xərclərə 105 milyard manat isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə sərf olunacaq. Bundan əlavə fərmana əsasən, neft fondunun idarə olunması və dövlət büdcəsinə yönəldilmək üçün 855 milyard manatın ayrılması da nəzərdə tutulur.





Milli Bandan verilən məlumata görə, son bir il ərzində bankların nizamnamə kapitalı 42 faiz artıb. Bu əsasən bankların hesabına yox, kredit təşkilatların sayının artmasına görə baş verib. Hazırda kredit təşkilatlarının 347 filialı var. Azərbaycanda cəmi 1 xarici bankın filialı işləyir. Amma rezident kredit təşkilatlarının xaricdə 1 filialı, 1 nümayəndəliyi, və 1 törəmə bankı fəaliyyət göstərir.





Gələn ildən İran Azərbaycanın yüksəkgərginlikli ötürücülərini istifadə etməklə Rusiyaya elektrik enerisi verəcək. İrannews agentliyinin məlumatına görə, İranın “Təvanir” enerji şirkətinin sədr müavini Məsud Xocat deyib ki, gələcəkdə enerji ötürülməsini daha da artırmaq nəzərdə tutulur. Gələn ilin martından Buşehr şəhərində atom elektrik stansiyasının işə salınması nəticəsində İranın elektrik enerjisi ixracatçısına çevriləcəyi gözlənilir.





Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov 1997-ci ildə bağlanan müqaviləyə baxmayaraq “RV investment” şirkətinin bu aydan fəaliyyətə başladığını deyir. Onun sözlərinə görə, qızıl, gümüş və mis mədənlərinin işlənməsi üzrə müqaviləsi olan şirkət bu il qazıntı işlərinə başlayacaq. Rəsmi qiymətləndirmələrə əsasən, Azərbaycanın mədənlərində qızıl ehtiyyatı 400 min tondan çoxdur.





Ekologiya naziri Hüseynqulu Bağırov CİTES təşkilatının nərə balığının ovu və qara kürünün ixracı üçün müəyyənləşdirdiyi kvotalarıda qeyri-obyektiv adlandırırb. Onun sözlərinə görə, CİTES-in bu qərarı Azərbaycanda balıqçılıq sənayesinə mane olacaq. Yoxolmada olan flora və fauna ilə ticarət üzrə konvensiya CİTES beynəlxalq təşkilatı bu il Azərbaycana cəmi 6730 kiloqram qara kürü ixrac etməyi icazə verib.



Milli Bankdan aldığımız məlumata görə, valyutaların məzənnələrində dünəndən başlayan eniş bu gün də davam edib və yalnız rusiya rublu sabit olaraq 176 manat səviyyəsindədir. İndi 1 dollar 4886 manat, avro isə 6432 manatdı.
XS
SM
MD
LG