Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

İqtidarla müxalifət E. Hüseynovun qətlini birgə müzakirə ediblər


Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir Martın 4-də iqtidar və müxalifət nümayəndələri Beynəlxalq Mətbuat Mərkəzində bir araya gəlib «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı hadisəni müzakirə ediblər.



Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirir ki, görüşdə jurnalistin qətlinin, o cümlədən bugünkü dəfn mərasiminin siyasi məqsədlərlə istifadəsinin yolverilməzliyi ilə bağlı razılıq əldə olunub.



Amma görüşdə iştirak edən müxalifətçilərdən biri - AXCP “islahatçılar” qanadında sədr müavini Fuad Mustafayev deyir ki, görüşdə hər hansı bir razılıq əldə olunmayıb. Onun sözlərinə görə, sadəcə, Elmar Hüseynovun qətli, mümkün versiyalar barədə fikir mübadiləsi aparılıb. O deyib ki, bu, razılıq kimi qiymətləndirilə bilməz.



Fuad Mustafayev deyir ki, partiyasının yaxın zamanlarda keçirməyə hazırlaşdığı kütləvi aksiyalarda bir çox problemlərlə yanaşı Azərbaycanda sifarişli qətllərə şərait yaradan amillərlə bağlı şüarların səsləndiriləcəyi də istisna deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG