Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:23

Xanımı E. Hüseynovun ilin əvvəlindən izləndiyini deyir


Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir Martın 2-də qətlə yetirilən “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun cəsədi üzərində ekspertizanın nəticələri yayılıb.



Nəticəyə görə, atılan 7 güllədən 1-i havaya atılıb, 2-si bədəninə sürtülərək yan keçib, 4 güllə isə bədəninin müxtəlif nahiyələrinə dəyib. 2 güllə Elmarın qarnına, 1-i ürəyinə, 1-i isə ağzına vurulub. Ürəyinə dəyən güllə “Monitor”un redaktorunun həyatına son qoyub.



Hadisə yerindən 150 metr aralıqda cinayətdə istifadə olunan PSM tipli tapança tapılıb.



Hadisədə diqqət çəkən məqamlardan biri Elmar Hüseynovun atası və xanımının hadisədən az əvvəl işiğın kəsilməsi, qətldən sonra isə şəhər və mobil telefonun bağlanması haqda dedikləridir.



“Barmek”in Nizami Rayon Şöbəsindən Əli Mayılov həmin gün növbətçi olduğunu və orada işığın kəsilməsi haqda heç bir məlumat almadığını iddia edir.



Elmar Hüseynovun həyat yoldaşı Ruşana xanım hadisədən dərhal sonra təcili yardım çağırmaq üçün telefondan istifadə etmək istədiyini, amma az sonra telefonların kəsildiyini deyir.



Nizami Rayon Telefon Qovşağının operatorları Elmar Hüseynovun atasının adına olan telefonun axşam 21-dən sonra kəsilib-kəsilməməsini dəqiqləşdirə bilməyəcəklərini bildirdilər.



“Baksell” mobil rabirə operatorunun sözçüsü İlham Əfəndiyev isə heç bir qəsdən söndürmənin olmadığını iddia edir. Amma Elmar Hüseynovda olan mobil telefonun həmin gün danışıq üçün konturu olmasa da, zəngləri qəbul üçün xətti açıq olub.



Azərbaycan Respublikası Baş Prokurorluğu "Monitor"un baş redaktoru Elmar Hüseynovun öldürülməsi faktı üzrə CM-nin 120.2.4 və 228-ci maddələri ilə (xüsusi amansızlıqla qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə) cinayət işi qaldırıb.



Daxili işlər, milli təhlükəsizlik və Prokurorluğun birgə açıqlamasında bu cinayətin təxribat məqsədi ilə törədilə biləcəyi istisna edilmir.



Daxili işlər naziri Ramil Usubov bir neçə gün əvvəl telekanallara verdiyi müsahibəsində yaxın vaxtlarda terror aktlarına cəhdlər edilə biləcəyini bildirmişdi.



Hadisəylə bağlı fikrini bildirən prezident İlham Əliyev istintaqa təsir etmək istəmədiyini desə də, öz ehtimallarını səsləndirib. O, bu cinayətdə ölkədə vəziyyəti gərginləşdirməklə müəyyən dəyişiklərə nail olmaq istəyən qüvvələrin maraqlı olması versiyasına üstünlük verdiyi deyib.



Mərhumun xanımı Ruşana xanım həyat yoldaşının qətlinin daha əvvəl planlaşdırıldığını iddia edir. O, ilin əvvəlindən başlayaraq onlara müxtəlif adamların gəldiyini, zəng etdiyini və Elmarla bağlı qəribə şeylər soruşduğunu deyir.



Ruşana xanımın sözlərinə görə, son bir həftədə isə bir nəfər tanımadıqları şəxs hər gün Elmar evdə olmayanda onlara gəlib redaktorun nə vaxt evə gələcəyini və onun mobil nömrəsini öyrənmək istədiyini deyib. Ruşana xanım isə həmin adama səhər tezdən Elmar evdə olarkən gəlməyi və redaktorun özüylə söhbətləşməyi təklif edib. Həmin şəxs bundan boyun qaçırıb. Amma Elmarın yaşadığı mənzilin telefonunu alan bu adam bazar ertəsi səhər Elmar evdə olarkən zəng edib və Elmarla martın 1-də görüşmək barədə razılığa gəliblər.



Amma sonra zəng edərək görüşün baş tutmayacağını bildirib. Həmin şəxs bir daha zəng etməyib. Bunun ardınca da Elmar Hüseynov qətlə yetirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG