Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:14

Sergey Kisilyov: qeyri demokratik rejimlərdə adətən jurnalistin yazılarının nöqtəsini güllə ilə qoyurlar


Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir Pezident aparatı ictimaiyyətlə əlaqər şöbəsinin müdiri Əli Həsənov deyir ki, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli parlament seçkiləri ərəfəsində Azərbaycan dövlətinə, onun imicinə zərbə vurmaq məqsədilə törədilmiş bir qətl hadisəsidir. «Bu qətlin törədilməsində bəzi qüvvələr Azərbaycan dövlətçiliyinə qarşı ciddi planlar reallaşdırmağa çalışıblar. Qətlin törədilməsində ən maraqsız tərəf Azərbaycan iqtidarıdır. İqtidar bütün tədbirləri görəcək ki, cinayətin üstü açılsın və cinayətkarlar layiqli cəzalarını alsınlar».

Əli Həsənovun sözlərinə görə, bundan istifadə eləyən bəzi qüvvələr ilk növbədə Azərbaycanda sabitliyin pozulmasına cəhd göstərəcəklər. Digər tərəfdən seçki qabağı dövrdə Azərbaycanda azad sözün, mətbuatın təqib olunmasını şüara çevirib beynəlxalq aləmdə ölkənin imcinə zərbə vurmaq istəyənlər bundan istifadə eləyəcəklər.

«Bu hadisənin törədilməsində əsas istiqamət Azərbaycanı terroru dəstəkləyən ölkə kimi təqdim eləməyə yönəlib. Məlumdur ki, Azərbaycan antiterror koalisiyasının fəal üzvlərindən biridir. İndii bəzi qüvvələr Azərbaycanı terror hadisələrinin tez-tez baş verdiyi bir ölkə kimi qələmə verəcəklər». Prezident Aparatı ictimaiyyətlə əlaqər şöbəsinin müdiri Əli Həsənov belə deyir.

Politoloq Zərdüş Əlizadə isə hesab edir ki, bu qətl hadisəsi hakimiyyətin ölkə ictimaiyyətinə hətta öldürməkdən beləçəkinməyəcəyini ifadə edən ismarıcıdır: «Hakimiyyət deyir ki, sizin haqqınız olan demokratik dəyərlərin bərqərar olmasına imkan verməyəcəm. Elmar Hüseynov bunun əldə edilməsinə inanmışdı taleyi belə oldu. Bu sizi də gözləyir».

Zərdüş Əlizadə deyir ki, Elmar Hüseynov ağıllı və cəmiyyətdə yetərincə hörmət qazanmış Adam idi. O, hakimiyyətdən heç nə istəmirdi. Ancaq mənəvi qüvvə kimi hakimiyyət üçün böyük bir təhlükə idi. Onun qətli ilə hökumət demək istəyir ki, bizə qarşı çıxanların aqibəti belə olur.

Müsavat Partiyasının divan üzvü, politoloq Rasim Musabəyov isə deyir ki, baş verən hadisənin ciddi faciə olmasına heç bir şübhə yoxdur. Ya iqtidar yaxın zamanlarda bu cinayətin üstünü açacaq, ya da ən azı bunu etmədiyinə görə onun məsuliyyətini bölüşəcək. Rasim Musabəyov bu qətlin ictimai şüura, daxili sabitliyə, ölkənin beynəlxalq imicinə və xüsusilə də KİV-ə mənfi təsirinin olacağını deyir.

Monitor Jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin siyasi terror adlandıran politoloq Eldar Namazov bu hadisənin arxasında siyasi motivlər dayandığına əmin olduğunu deyir. O bu siyasi terroru həyata keçirən adamların hakimiyyətdəki müəyyən dairələrlə bağlılığına şübhə etmədiyini bildirir. Cənab Namazov deyir ki, ola bilsin bunu bir başa bütün hakimiyyətə bağlamaq düz deyil. Bəlkə söhbət hansısa bir qrupdan gedir. Ancaq belə bir siyasi terroru adi vətəndaş və ya kifayət qədər inzibati imkanlara malik olmayan adamlar həyata keçirə bilməzlər: «Söhbət ondan gedir ki, faktiki olaraq ölkə idarə edilmir. Heydər Əliyevin qurduğu sistem artıq işləmir. Bu proses gündən – günə güclənir. Belə olan halda ölkə seçim qarşısındadır. Bəzi qüvvələr isə bunu yaxşı başa düşdükləri üçün qorxudan bu addımları atırlar. Elmar Hüseynov jurnalistikdan başqa heç bir işlə məşğul olmurdu. Yazılarında Azərbaycanda korrupsiya, insan hüquqlarının pozulması, seçkilərin saxtalaşdırılması ilə bağlı çox kəskin mövqe tutduğu üçün özünə və işçilərinə təziqlər edilirdi». Eldar Namazov belə deyir və əlavə edir ki, bu hadisə həm cəmiyyətə, həm də benəlxalq təşkilatların Azərbaycana münasibətinə çox pis təsir göstərəcək.

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Alqış Həsənoğlu isə Elmar Hüseynovun qətli ilə bağlı istintaqın nəticəsini göz

Günün bütün mövzuları

XS
SM
MD
LG