Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:14

“E. Hüseynovun qatili çətin ki, tapılsın”


Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir --“Röyters”



Azərbaycan müxalifəti qətlə yetirilən jurnalist Elmar Hüseynovun dəfn mərasimini genişmiqyaslı etiraz aksiyasına çevirmək niyyətindədir. Bu haqda “Röyters” agentliyinə Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli bildirib.



“Dəfn mərasimi rejimə xalqın nifrətini göstərəcək”—deyən Kərimovun sözlərinə görə, “müxalifət rejimi dinc üsullarla dəyişmək üçün birləşəcək”.



Rəsmilər isə deyir ki, İlham Əliyevin populyarlığı və 1993-cü ildə qarışıqlıq dövrünün təcrübəsi Azərbaycanda hər hansı bir inqilabı mümkünsüz edir.



“İnsanlar talelərini onları yenidən uçurumun astasına aparacaq şəxslərə etibar edəcək dərəcədə sadəlövh deyillər”. Bunu keçən ay Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev deyib.



Baş prokurorun birinci müavini Ramiz Rzayev isə hesab edir ki, Hüseynovun qətli qəsdən qarışıqlıq salma cəhdi də ola bilər.



O deyib ki, “qətl ölkədə siyasi və sosial sabitliyi pozmağa yönəlib”.



--“QazetaSNQ.ru”



Hüquq-mühafizə orqanlarına etibar etməyən Azərbaycan müxalifəti Elmar Hüseynovun qətliylə bağlı müstəqil araşdırma aparmağı planlaşdırır.



Müstəqil jurnalist Samir Talıbovun sözlərinə görə, “Bakıda artıq bu qətli Ukrayna jurnalisti Qonqadzenin qətliylə müqayisə edirlər”.



O, deyir:



“Mən bunun siyasi sifariş deyil, başqa xarakterli qətl olduğunu istisna etmirəm, amma hər bir halda bu, ölkədə ictimai—siyasi vəziyyətin bu həddə çatmasına imkan verən hakimiyyətin səhvidir. Bu gün jurnalistlərə hücum və hətta onların öldürülməsi adiləşib”.



Samir Talıbov əmindir ki, qatil heç vaxt tapılmayacaq. Əlbəttə, kimisə cani “təyin edə” bilərlər, amma bunun əsl qatil olacağı şübhəlidir. Sifarişçinin adını isə biz heç vaxt bilməyəcəyik.



--“Nyusİnfo”



Hakimiyyət əhalini sakitliyə çağırıb.



Amma ekspertlər bu fikirdədir ki, respublikada vəziyyət nəzarətdən çıxa da bilər.



MDB İnstitutundan Andrey Qrozinin zənnincə, “Azərbaycanda növbəti “rəngli inqilab”ın baş verməsi olduqca realdır”.



Ekspert xatırladır ki, “Pora” Ukrayna gənclər təşkilatının prezident Corc Buşla görüşündə Azərbaycan demokratikləşməyə ehtiyacı olan dövlətlərdən biri adlandırılıb.



“Azərbaycan Qafqazda növbəti “məxməri inqilab”a namizədə çevrilə bilər”—deyən Qrozinin fikrincə, “amerikalılar bu ölkədə vəziyyəti titrətməyə cəhd edə bilərlər”.
XS
SM
MD
LG