Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:39

E. Hüseynovun qətlinə beynəlxalq reaksiyalar daxil olmaqdadır


Səs: Real audio
Siyasi və ictimai təşkilatlar, beynəlxalq jurnalist qurumları terror aktını pisləyir, Azərbaycan hökumətindən tez və qəti tədbir götürməsini tələb edirlər. Azərbaycanda hakimiyyəti ən kəskin tənqid edən müxalifət jurnalının redaktoru Elmar Hüseynovun qətlinə beynəlxalq reaksiyalar daxil olmaqdadır.



Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsi Elmar Hüseynovun dünənki qətliylə bağlı pres-reliz yayıb.



Komitənin icraçı direktoru Enn Kuperin bəyanatını Avropa və Orta Asiya proqramları üzrə koordinator Aleks Lüpis açıqladı.



“Elmar Hüseynovun qətli xəbəri bizi sarsıdır və kədərləndirir. Biz jurnalistin yaxınlarına və həmkarlarına başsağlığı veririk. Azərbaycanda mətbuat azadlığının vəziyyəti son iki ildə prezident İlham Əliyevin vəzifəyə keçməsindən sonra pisləşib. Biz İlham Əliyevi baş vermiş hadisənin fəal araşdırılmasını və günahkarların tapılıb cəzalandırılmasını təmin etməyə çağırırıq”.



Aleks Lüpisin sözlərinə görə, son illər Azərbaycanda mətbuata qarşı ciddi insidentlər baş verir. Bu göstəriri ki, Azərbaycan hakimiyyəti müstəqil mətbuata qarşı təzyiq və təqib siyasətini həyata keçirir.



Son günlər “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidova və Azər Əhmədova qarşı törədilən təxribat bunun bir nümunəsidir.



Jurnalistlərin Müdafiə Komitəsi beynəlxalq ictimayyəti də qətl hadisəsini pisləməyə çağırır.



“Biz Birləşmiş Ştatlar və Avropa ölkələrini məsələylə bağlı ciddi mövqe tutmağa çağırırıq. Azərbaycanda mətbuat azadlığıyla bağlı onların kəskin mövqe tutmaması Azərbaycan hökumətinə mətbuata qarşı bu cür siyasət yeritməyə imkan yaradır”.



Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının mətbuat azadlığı üzrə xüsüsi nümayəndəsi Mikloş Haraşti də Elmar Hüseynovun qətliylə bağlı xüsüsi bəyanatla çıxış edib.



“Azadlıq” radiosuna müsahibədə cənab Mikloş Haraşti Elmar Hüseynovun qətlini Azərbaycan mətbuatı üçün böyük itki adlandırıb.



“Cənab Hüseynovun qətli məni doğrudan da sarsıdıb. Mən onu şəxsən tanıyırdım. Onun ölümü Azərbaycan mətbuatı üçün ağır bir itkidir”.



ATƏT rəsmisi Azərbaycan hakimiyyətini qatillərin tapılması və cəzalandırılması üçün ciddi addımlar atmağa çağırıb.
XS
SM
MD
LG