Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:06

«Təbii qazın qiyməti yenə də qaldırıldı»


Səs: Real audio
Siyasi və ictimai təşkilatlar, beynəlxalq jurnalist qurumları terror aktını pisləyir, Azərbaycan hökumətindən tez və qəti tədbir götürməsini tələb edirlər. »Zerkalo» qəzeti qazın qiymətinin artmasını şərh edir və yazır ki, bu əhalinin sosial durumuna ciddi təsir edə bilər.



»Azadlıq» qəzetinə müsahibəsində AXCP lideri Əli Kərimli deyib ki, jurnalistlərlə bağlı son hadisələrin baş verməsinə görə məsuliyyəti ilk növbədə prezident İlham Əliyev daşıyır.



Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər 1 milyon dollar kredit ala bilər. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Daha ətraflı »Yeni Azərbaycan» qəzeti yazır.



«Təbii qazın qiyməti yenə də qaldırıldı» başlıqlı məqalədə »Üç nöqtə» qəzeti yazır ki, bu artımlar sosial partlayışa aparır.



ADR sədri Rəsul Quliyev »Bakı Xəbər»ə açıqlamasında bildirib ki, o, prezident olmaq xatirinə Azərbaycana gəlməyəcək.



»Ayna» qəzeti »Monitor» jurnalının redaktorunun qətli ilə bağlı məqalədə yazır ki, bu hadisə daha çox dövlət səviyyəsində terrora bənzəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG