Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:27

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 6-cı Praqa görüşü baş tutmayıb


Səs: Real audio
Gürcüstan Avropa və Amerikadan kömək istəyir Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin martın 2-nə nəzərdə tutulan görüşü təxirə salınıb.



Ermənistanın xarici işlər naziri Vardan Oskanyan xəstələndiyi üçün həkimlər bir neçə gündür ki, ona səfərə çıxmağa icazə vermirlər.



Bu, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Praqa danışıqları çərçivəsində 6-cı görüşü olmalı idi. Görüş baş tutmasa da, bu çərçivədə müzakirələr davam edib.



Dünəndən başlayaraq tərəflər ATƏT—in Faktaraşdırıcı Missiyasının Dağlıq Qarabağ ərazisində ermənilərin məskunlaşdırılması ilə bağlı hesabatını müzakirə ediblər.



Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Azadlıq” radiosuna müsahibəsində deyib ki, Azərbaycan sənədlə bağlı mövqeyini bildirib, amma hesabat hələ açıqlanmır.



Cənab Məmmədyarovun sözlərinə görə, həmsədrlər ajiotaj yaratmamaq üçün hesabatı məxfi saxlamağı lazım biliblər. Amma nazir hesab edir ki, sənəddə ajiotaja səbəb olacaq bir şey yoxdur.



Xarici işlər nazirinin müavini Araz Əzimov isə “Azadlıq” radiosuna müsahibəsində qeyd edib ki, hesabatda Qarabağda və işğal olunmuş digər ərazilərdə ermənilərin məskunlaşdırıldığına dair faktlar var. Amma cənab Əzimov bu barədə ətraflı məlumat verməyib.



Rəsmilər bildirir ki, hesabat martın 17-dən sonra, yəni sənəd ATƏT-in Daimi Şurasına təqdim olunandan sonra açıqlanacaq.



Elmar Məmmədyarovun dediyinə görə, Faktaraşdırıcı Missiya sənədi ATƏT-in Minsk qrupu həmsədrlərinə verib. Həmsədrlər bu sənəd əsasında hesabat hazırlayıb martın 16-da Vyanada Minsk qrupuna təqdim edəcəklər.



Ayın 17-də isə sənədin Daimi Şuraya təqdim olunması nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG