Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:45

Xarici ölkələr Azərbaycanda meşə zolaqları salacaq


Səs: Real audio
Gürcüstan Avropa və Amerikadan kömək istəyir Fransa və Danimarka Azərbaycanda meşə salacaq.



Bütün dünyada karbon qazının azaldılması üzrə Kioto protokolu qüvvəyə minəndən dərhal sonra iki dövlət Azərbaycanın protokoldakı payını almaq üçün müraciət edib.



Bu protokola görə, qlobal ekoloji tarazlığı qoruyub saxlamaq məqsədilə hər bir ölkə üçün atmosferə ata biləcəyi karbon qazının həddi müəyyən edilib.



Azərbaycanda isə iri sənaye müəssisələri olmadığından bu protokol üzrə öz payını başqa ölkələrə verə bilər. Artıq Danimarka ilə müqavilə bağlanıb.



Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun sözlərinə görə, Fransanın təklifi də yaxın vaxtlarda Nazirlər Kabinetində müzakirə olunacaq.



Əgər bu təkliflər qəbul olunarsa, Fransa müəssisələri havaya Azərbaycanın hesabına daha çox karbon qazı ata biləcəklər.



Azərbaycanda isə hələlik unikal dəniz-meşə kompleksi sayılan Nabran meşələri təhlükə ilə üzləşiblər. Amma ekologiya nazirinin sözlərinə görə, meşənin qırılması dövlət yox, bələdiyyə torpaqlarında aparılır.



Nazirlikdən aldığımız məlumata görə, hazırda Azərbaycanda 1 milyon 300 min hektara yaxın meşə sahəsi var ki, bu da respublika ərazisinin 11 fazi deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG