Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:29

M. Barsotti: “Korrupsiya və inhisarçılıq kreditlərin verilməsinə mane olur”


Səs: Real audio
MDB-də “yanıq iyi hiss olunur” Azərbaycanda kredit sisteminin qarşısını alan problem – inhisarçılıq və kənardan müdaxilələrdir.



Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Barsotti Bakıda keçirilən “Mikromaliyyə ili 2005” konfransında deyib.



“Əsas problem rəqabətin olmamasıdır. Başqa ölkələrə, sizin kimi inkişaf etməkdə olan ölkələrə nəzər yetirməlisiniz. Misal üçün, Qazaxıstana. Azərbaycanı da rəqabətin yaradılmasında pilot ölkə görmək istəyirik. Digər problem kənar müdaxilələrlə bağlıdır. Mən bunu öz adıyla çağırardım – korrupsiya. Bu da mütləq aradan qaldırılmalıdır”.



İqtisadi inkişaf naziri Fərhad Əliyev isə kiçik kreditlərin ayrılmasında yeniliklərin olduğunu və bundan sonra cəmi 1 faizlə 1 milyon dollaradək kredit almaq imkanı yarandığını deyib. Onun sözlərinə görə, nazirlik gələcəkdə heç bir girov qoymadan kreditlərin alınması mexanizmini hazırlayır.



Hazırda isə Azərbaycanda sahibkarlara ayrılan 100 milyon dollar kreditin 98 faizi qaytarılıb.



Bu il Sahibkarlığa Kömək Fonduna pul ayrılıb. Bu pulun da kredit şəklində sahibkarlara paylanması nəzərdə tutulur. Ancaq hələlik xüsusən fermerlər kredit üçün girov tələbinin ən əsas maneə olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG