Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:11

«Parlamentdə «Azadlıq»a hücum»


Səs: Real audio
MDB-də “yanıq iyi hiss olunur” Əhalinin aztəminatlı təbəqəsinə verilən müavinətləri artırmaq üçün prezident fərmanı imzalanıb. Fərmanı şərh edən «525-ci qəzet» yazır ki, bu əhalinin vəziyyətinin qismən də olsa düzəlməsinə təsir edə bilər.



«Parlamentdə «Azadlıq»a hücum» başlıqlı məqalədə «Azadlıq» qəzeti yazır ki, onun bağlanmasına dair təkliflər ədalətsizlikdir.



«Üç nöqtə» qəzeti yazır ki, Rusiyadan gələn azərbaycanlılara pasport alarkən güzəştlər olunacaq.



«Deputatlar BP şirkətinin ünvanına ittihamlar yağdırdılar» məqaləsində «Xalq Cəbhəsi» yazır ki, bununla bağlı millət vəkili Zahid Oruc «bu şirkət narazıların təmərküzləşdiyi mərkəzə çevrilib» deyib.



«Yeni Azərbaycan» qəzeti Dövlət Departamentinin Azərbaycana dair hesabatıyla bağlı yazır ki, bu sənəddə xeyli qeyri-obyektiv məqamlar var.



«ABŞ-ın Azərbaycandakı səfiri hakimiyyətə xəbərdarlıq etdi». «Bakı Xəbər» yazır ki, səfir «parlament seçkiləri azad və ədalətli keçirilməlidir» deyib.



«Azərbaycan» qəzeti «Azərbaycan 13-il əvvəl BMT-yə üzv olub» məqaləsində yazır ki, indi BMT qərarlarının icra mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var.



«Ayna» qəzetindəki «Ordu üçün pul strategiyası» məqaləsində yazılır ki, 2010-cu ilə qədər hərbçilərin əməkhaqları mərhələlərlə bir neçə dəfə artacaq.



«Yeni Müsavat» yazır ki, Azərbaycanda repressiv rejim hökm sürür və bu fikir ABŞ Dövlət Departamentinin illik hesabatında öz əksini tapıb.



«Exo» qəzeti yazır ki, deputatlar Seçki Məcəlləsinin dəyişdirilməsinə razıdırlar və bu istiqamətdə iş görülməsini istəyirlər.
XS
SM
MD
LG