Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:53

Nazir: «Manatın məzənnəsinin dəyişməsinə heç bir zərurət yoxdur»


«Maliyyə böhranı Azərbaycana ümumiyyətlə ciddi təsir göstərmir. Yəni bu, ilk növbədə özünü manatın məzənnəsində göstərir. Göründüyü kimi ölkədə manatın məzənnəsi sabitdir. Hətta son günlər bir qədər də möhkəmlənib».

İqtisadi İnkişaf naziri Şahin Mustafayev martın 20-də jurnalistlərə belə deyib. Onun sözlərinə görə, manatın məzənnəsinin dəyişməsinə heç bir zərurət, iqtisadi əsas yoxdur:

«Bu da gündəlik həyatda əhalinin vəziyyəti üçün əsas göstəricilərdən biridir. Eyni zamanda istehlak bazarında qiymətlər aşağı düşür».

Nazir deyir ki, Azərbaycanda investisiya proqramı ehtiyatla tərtib olunub. Amma əsas infrastruktur layihələri, sosial proqramlar bütövlüklə icra olunacaq.
XS
SM
MD
LG