Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:06

Anar Məmmədxanlı: «Bu şəkillərə axı Qənimət Zahidovla Azər Əhmədovun ailəsi də baxır…»


Səs: Real audio
MDB-də “yanıq iyi hiss olunur” «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidovla texniki direktor Azər Əhmədovun şəkillərinin hər gün efirəd göstərilməsini söhbət etdiyimiz ziyalılar, politoloqlar düzgün saymırlar. Məsələn, siyasi texnoloq Anar Məmədxanlı bir məqama diqqət çəkir ki, belə məsələlərdə həssas olmaq lazımdır. «Bir neçə gündür internetlə və televiziya ilə yayımlanan şəkillərə axı Qənimət Zahidovla Azər Əhmədovun ailəsi də baxır. Eləcə də bu səhnələri görmək tamaşaçılar üçün də xoş deyil. Bu səviyyədə açıqlığa yol vermək lazım deyil». Bu fikrin davmaı olaraq politoloq Leyla Əlyieva isə hesab edir ki, sözügedən hadisə polisin, Ahərbaycan iqtidarının həm insani dəyərlərə, həm də milli adət-ənənələrə münasibətini göstərmiş oldu.



Tanınmış jurnalistika nəzəriyyəçisi Zeynal Məmmədli isə bildirir ki, bu yerdə özəl həyatın həssas sərhədlərinin pozulduğu göz qabağındadır. Cənab Məmmədli ona da diqqət yetirir ki, şəkilləri paparatsilər deyil, məhz polisin çəkib sonra da mediaya ötürməsi, olanları çılpaq şəkildə açıqlaması heç cür ona bəraət qazandırmır.



Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı hesab edir ki, bu hadisə Azərbaycan polisinin vətəndaşın özəl həyatına kobud şəkildə müdaxilə etdiyini bir daha sübut etdi. «Halbuki nə polisin, nə də kütləvi informasiya vasitələrinin kiminsə özəl həyatına bu dərəcədə müdaxilə etməyə ixtiyarı yoxdur. Və bu cür faktlar aşkar olunduqda belə bunu yaymamalıdırlar».



Rəşid Hacılı təəsüsflə bildirir ki, Azərbaycanda özəl həyatın qorunması ilə bağlı qanun yoxdur. Sadəcə, Konstitusiyada bəyan olunur ki, özəl həyat qorunur və dövlət buna təminat verir. Elə Azərbaycanın da qoşulduğu Avropa İnsan Haqları Konvensiyasında da bildirirlir ki, hər kəsin şəxsi həyatına hörmətlə yanaşılmalıdır. Rəşid Hacılının fikrincə, təəsüf ki, hökumət Qənimət Zahidovla Azər Əhmədovun məsələsində özəl həyatın qorunmasına təminat bir yana, heç hörmətlə yanaşmadı.



Bir məqam da. Ekspertlər hesab edirlər ki, bu hadisənin qurbanı yalnız iki kişi və onların ailəsi, yaxın çevrəsi yox, həm də şəkildəki iki qadın olub. Mediaforum saytında yerləşdirilən «Fotokamera qarşısında iki qız» başlıqlı yazıda sual olunur: «fotokamera qarşısında iki qadının iki kişiylə çılpaq şəklini çəkib, sonra internetlə, televiziya ilə bütün aləmə yaymaq, onların adlarını açıqlaman ixtiyarını Azərbaycan dövlətinə kim verib?»



Azərbaycan polisinin şəxsiyyətini gizli saxlamadığı həmin xanımları isə vətəndaşları olduqları Özbəkistanın Bakıdakı səfirliyi də tanımır. Səfirlik əməkdaşları bunu da bildirirlər ki, onlar bütün vətəndaşların dalınca qaçmaq niyyətində deyillər…





Deputat Zahid Oruc isə hesab edir ki, «Azadlıq» qəzetinin redaktoru ilə bağlı qalmaqala, bu problemin efirdə araşdırılmasına son verilməlidir. Ən azı mənəvi dəyərlərə hörmət baxımından.



Ekspertlər «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidovun ətrafında baş verənləri seçki öncəsi qara piarın işə düşməsi, seçki ilinin əvvəlində müxtəlif üsulların sınaqdan çıxarılması kimi qiymətləndirirlər. Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılıya görə, belə ekspertimentlərin nəticəsi ağır ola bilər.



Politoloq Leyla Əliyeva isə deyir ki, siyasətdə belə çirkin üsullardan istifadə olunması rəqibin zəfiliyini göstərir. Özü də parlament seçkilərinəd iştirak edəcək Zahid Oruc isə siyasi mübarizəni əxlaq normaları çərçivəsində aparmağı təklif edir.
XS
SM
MD
LG