Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:44

“Hitler—Yuqend”, “Putin—Yuqend”


Səs: Real audio
MDB-də “yanıq iyi hiss olunur” --“Röyters”



Qazaxıstan hakimiyyəti və müxalifəti prezident seçkisinin tarixi barədə mübahisə edirlər.



Prezident Nursultan Nazarbayevin köməkçisi Ermuhamet Ertısbayev seçkilərin 2006-cı ilin dekabrında keçiriləcəyini deyib.



Müxalifət isə konstitusiyaya istinadən seçkilərin gələn il yox, bu ilin dekabrında keçirilməsində israr edir.



--“Kommersant”



Parlament seçkilərində Qırğızıstan və Tacikistan müxalifətinin qələbəsinə ümid edənlər indi məğlub kimi görünürlər.



Amma əslində, bazar günü bu ölkələrdə “məxməri inqilab”ın olub-olmaması elə bir əhəmiyyət kəsb etmir. Vacib olan başqa şeydir.



Qırğızıstan və Tacikistandakı hadisələr ümumi tendensiyadan xəbər verir: MDB-nin hətta ən uzaq, tənha küncündə belə havada “yanıq iyi hiss olunur”. Eyni şey bu günlərdə seçki ərəfəsində donub qalan Moldovada da baş verir.



“Bu, yerdə yanan torfu xatırladır, yəni yanğının özü görünmür, amma havada tüstü pərdəsi asılıb və nəfəs almaq getdikcə çətinləşir”.



Tez və ya gec o, yanıb qurtarır və onda hakimiyyət başında duranların ayağı altındakı torpaq uçur. Gürcüstan və Ukraynadakı hadisələrdən çıxarılan əsas nəticə budur.



--“İndependent”



Putin ölkəsində “narıncı inqilab”ın qabağını almaq üçün gənclər təşkilatı yaradır.



Söhbət “Naşi”—“Bizimkilər” adlı hərəkatdan gedir. Məqsəd Kreml əleyhinə çıxış edən gənclər təşkilatlarına qarşı durmaqdır.



“Bizimkilər”ə liberal “Yabloko” partiyası ilə birləşən “Putinsiz irəliləyənlər” hərəkatı qarşı duracaq.



Kreml resmiləri hesab edir ki, bu birlik özünü Serbiyanın “Otpor” və Ukraynanın “Pora” gənclər təşkilatı timsalında qurur. Hər iki təşkilat öz ölkələrində hakimiyyət dəyişikliyində həlledici rol oynayıb.



--“Deyli Teleqraf”



Putinin nüfuzunun kəskin azalması fonunda Kreml küçələrdə nəzərəti qoruyub saxlaya biləcək yeni gənclər hərəkatı formalaşdırır.



Bir çoxlarının zənnincə, bu cür taktika daha çox müharibədən əvvəl Almaniyadakı “Hitler—Yuqend” nasist gənclər təşkilatını xatırladır.



Moskvalı ekspert Andrey Piontkovski deyir ki, “bütün bunların arxasında Putin durur. Ukraynada “narıncı inqilab”dan narahatlıq keçirən Kreml gələcək müxalifəti əzmək üçün “Putin—Yuqend” yaradır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG