Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:54

BP şirkəti müxalifəti maliyyələşdirməkdə ittiham olunur


Səs: Real audio
Senator Rusiyanı “Böyük Səkkizlər”in sammitinə buraxmamağa çağırır BP şirkəti Azərbaycanda qarışıqlıq yaradan müxalifət partiyaları və qəzetlərə məliyyə dəstəyi verir.



Bu fikirləri Milli Məclisin martın 1-də keçirilən iclasında Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalı səsləndirdi.



Fəzail Ağamalının fikrincə, Milli Məclis rəhbərliyi BP-yə müraciət edərək bu şirkətin Azərbaycandakı siyasi proseslərə qarışmaq hüququnun olmadığını xatırlatmalıdır.



«Əgər BP Azərbaycan vətəndaşlarının qədrini bilirsə, orada işləyənlərin əmək haqqının həcmini britaniyalılarınkı səviyyəyə qaldırsın. Bunu etmir, ancaq pozucu qüvvələrə yardım edir».



Deputat Zahid Oruc isə deyir ki, «bu şirkətin rəhbərliyi Azərbaycanda dərc olunan müxalifət qəzetlərini öz işçiləri arasında paylamaqdadır. Digər tərəfdən də, Andreas Qross və Andres Herkelin Azərbaycana səfəri zamanı bu şirkətin təmsilçiləri ilə görüşməsinin özü də sübut edir ki, bu kompaniya kimlərəsə ya maliyyə, ya da təlimat dəstəyi göstərməkdədir.



“Tam məsuliyyəti ilə deyirəm ki, bu şirkət son vaxtlar müxalif dünyagörüşlü insanların təmərküzləşdiyi yerə çevrilib».



Zahid Orucun fikrincə, bu kompaniyanın üzərində ictimai nəzarət olmalıdır. Hər kəs də bilməlidir ki, Azərbaycanda gizli kanallarla ölkədaxili proseslərə təsir etmək və siyasi çevrilişlərə nail olmaq qeyri—mümkündür.



Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı isə deyir ki, «BP kommersiya şirkətidir. O, sırf kommersiya işi ilə məşğuldur və Azərbaycanda siyasi proseslərə qarışmır. Bizim işimiz Azərbaycan parlamentinin təstiqlədiyi müqavilələr əsasında çalışmaqdan ibarətdir».

Günün bütün mövzuları

XS
SM
MD
LG