Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:44

ABŞ Dövlət Departamentinin illik hesabatına reaksiyalar


Səs: Real audio
Senator Rusiyanı “Böyük Səkkizlər”in sammitinə buraxmamağa çağırır ABŞ Dövlət Departamentinin dünya üzrə insan haqlarına dair illik hesabatında Azərbaycanda bu sahədə vəziyyətin ağır olduğu bildirilir.



Sənəddə göstərilir ki, vətəndaşların fundamental hüquqlarının təmin olunmasında və hökumətin bu sahədə öhdəlikləri yerinə yetirməsində ciddi problemlər var.



Sənəddə 2003-cü ilin prezident seçkilərinin beynəlxalq standartara və demokratik normalara uyğun gəlmədiyi bildirilir, polisin vətəndaşlardan işgəncə vasitəsilə ifadə aldığı, dövlət orqanlarının isə belə halların qarşısını almaq üçün heç bir tədbir görmədiyi qeyd olunur.



ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş isə hesabatın prezident seçkilərinə aid hissəsiylə bağlı bunları deyib:



«Əlbəttə, biz Azərbaycanın yaxşılığını istəyirik. İstəyirik ki, Azərbaycan demokratik ölkə kimi inkişaf etsin. Bu, Azərbaycandakı seçkilərin tənqidi demək deyil. İstəyirik ki, seçkilərdə seçicilərin səsi daha çox eşidilsin. Bununla bağlı təkliflərimizi irəli sürürük. Sözsüz ki, seçkilər get-gedə daha çox seçicilərin iradəsini əks etdirəcək».



Müsavat partiyasının başqanı İsa Qəmbər Dövlət Departamentinin hesabatının obyektiv olduğunu bildirir. Onun sözlərinə görə, hesabat müxalifətin bu vaxta qədər qaldırdığı problemləri əhatə edir.



Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədov isə hesab edir ki, Azərbaycanda insan hüquqlarının qorunması sahəsində heç bir problem yoxdur. Bunun üçün hüquqi dövlət mexanizmi işləyir.



“İnam” Pluralizm Mərkəzinin direktor müavini İlahə Əliyeva hesabatın insan haqları və demokratiya sahəsindəki problemləri əks etdirdiyi fikrindədir.
XS
SM
MD
LG