Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:49

Kosa: «Prezidentin yumurtası daşdan olur»


Kosa deyir ki, builki bayram tədbiri zəif keçib
Kosa deyir ki, builki bayram tədbiri zəif keçib
«Bir şey xoşuma gəlmədi ki, prezident gəlib baxandan sonra hər şeyi yığışdırıb apardılar, axı camaat da baxmaq istəyir. Prezident gəlməmişdənsə hər şey quraşdırılmışdı ki, o, gəlib baxsın. Axı biz də baxmaq istəyirik. Bayram axı xalqın bayramıdır».

Valeh dostlarıyla İçərişəhərdə keçirilən bugünkü bayram tədbirinə baxmağa gəlmişdi. Ancaq narazıydı. Çünki prezident iştirak edəndən sonra bayram mərasimi tez-tələsik qurtardı, bundan sonrasa çalğıçılar, kəndirbazlar, pəhləvanlar əşyalarını yığışdırıb getdilər.

Şərqiyyə Məmmədova isə deyir ki, uşaqlarını götürüb səhərdən növbə gözləyirmiş. Prezident ərazidə olduğu üçün ona da başqaları kimi polislər mane olublar:

«Səhər saat 8-dən burdayıq. Polislər bizi qoymurdular. Özüm İçərişəhərdə yaşayıram, ancaq burdakı bayram tədbirinə baxa bilmədim, polislər bizi qoymadılar».

Pəhləvan Qabil Ramazanov isə deyir ki, bizə müəyyən vaxt verirlər, o vaxt çərçivəsində də çıxışlarımızı etməliyik:

«Deyirlər ki, yarım saat, bir saat burda olmalıyıq, biz də vaxta tabeyik».

Novruz bayramının rəmzi olan Kosayla Keçəl də gözə dəymirdi. Burdakılar deyirlər ki, onlar prezidentlə yumurta döyüşdürəndən sonra çıxıb gediblər, çünki o xüsusi təyinatlı Kosadır. Ancaq meydanda başqa bir Kosa vardı.

Bu Kosadan soruşdum ki, niyə onlar yumurta döyüşdürəndə həmişə prezidentə uduzurlar. Kosanın cavabı belə oldu:

«Hə, yəqin prezidentin yumurtası daşdan olur, Kosanınkı isə yumşaq. Ya da onun üçün yaxşı yumurta qoyurlar, indi olur də, bayramdır. Prezidentimizdir, başımızın tacıdır. Gələn il mən onu udacağam».

Kosa da etiraf edir ki, builki bayram tədbiri zəif keçib. Həmişə olduğu kimi, bu il də bayram mərasimində İrandan gələn azərbaycanlılar çoxluq təşkil edirdilər.

Yaz Azərbaycana martın 20-i saat 15.44-də gəlib. Novruz bayramıyla bağlı martın 29-na qədər ölkədə qeyri-iş günüdür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG