Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:55

ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan yenə tənqid olunur


Səs: Real audio
Senator Rusiyanı “Böyük Səkkizlər”in sammitinə buraxmamağa çağırır Azərbaycanda insan haqlarına pis əməl olunur və hökumət seçkilərə müdaxilə etməklə vətəndaşların hakimiyyəti dinc yolla dəyişmək hüququnu məhdudlaşdırır.



Bu barədə Dövlət Departamentinin fevralın 28-də yaydığı hesabatında qeyd olunur. Hesabat 2004-cü ildə baş verən hadisələri əhatə edir.



Sənəddə deyilir ki, konstitusiya prezident institutu və parlament arasında hakimiyyət bölgüsünü nəzərdə tutur. Reallıqda isə prezident hakimiyyətin icra, qanunverici və məhkəmə qanadlarına nəzarət edir.



Keçmiş prezident Heydər Əliyevin oğlu İlham Əliyev 2003-cü ildə ciddi pozuntularla keçən seçkilərdə prezident olub.



Dövlət Departamentinin rəyinə görə, seçkilər beynəlxalq standartlara uyğun keçirilməmişdir. Bəzi yerli təşkilatlar parlamenti qeyri—legitim hesab edirlər.



Hesabatda bildirilir ki, ilboyu Azərbaycanın təhlükəsizlik qüvvələri çoxsaylı insan hüquqları pozuntuları törədiblər.



Deyilənə görə, Azərbaycan həbsxanalarında dörd nəfər döyülmədən ölüb. Polis həbsxanadakı adamlara işgəncə verir, onları döyür, özünə lazım olan məlumat almaq üçün saxlanılan şəxslərə qarşı fiziki güc tədbiq edir. Bir çox hallarda hökumət qanunu pozanları cəzalandırmaq üçün heç bir iş görməyib.



Həbsxanalarda vəziyyət ağır, həyat üçün təhlükəlidir və bu, bəzi məhbusların ölümünə səbəb olub. Ədliyyə Nazirliyi həbsxanalardakı vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra hüquq--müdafiə təşkilatlarıyla proqramlar həyata keçirib.



Vətəndaşların sanksiyasız həbs olunması və məhkəməyə qədər uzun müddət saxlanılması da problem olaraq qalır. 2003-cü il prezident seçkilərindən sonra hakimiyyət siyasi motivlərlə 700-ə qədər adamı həbsə almışdır. Seçkidən sonrakı iğtişaşlarda hüquq-mühafizə orqanlarının güc tətbiq etməsi bir nəfərin ölümüylə nəticələnib. Lakin bu fakt bu günə qədər rəsmi dairələr tərəfindən araşdırılmayıb.



Hesabatda polis əməkdaşlarının bir sıra müxalifət liderlərinə işgəncə verdiyi bildirilir və qeyd olunur ki, hökumət həmin polislərin cəzalandırılması üçün heç bir addım atmayıb.



Azərbaycan konstitusiyası müstəqil məhkəmələrin olmasını nəzərdə tutur. Lakin praktikada hakimlər icra hakimiyyətindən asılıdırlar. Dövlət Departamentinin rəyinə görə, Azərbaycanın məhkəmə sistemi qeyri—effektivdir və korrupsiyaya qurşanıb.



Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından olan müşahidəçilərin gəldiyi nəticəyə görə, seçkidən sonrakı zorakılıqda ittiham olunan şəxslərin məhkəmə prosesi beynəlxalq standartlara uyğun aparılmayıb.



Prezident bir neçə fərmanıyla Avropa Şurasının siyasi məhbus hesab etdiyi şəxslərin bəzilərini azad etmişdir. Avropa Şurası 2004-cü ilin sonunda Azərbaycanda 9, yerli qeyri-hökumət təşkilatları isə 170 siyasi məhbusun olduğuna inanırlar.



Azərbaycan hökuməti ölkədə söz və mətbuat azadlığını məhdudlaşdırır. Halbuki konstitusiyada bu hüquqlar təsbit olunub. Hökumət mediaya qarşı təqiblərini davam etdirir. Bunun üçün məhkəmələrdən istifadə olunur. Məmurların iddiaları əsasında məhkəmələr mətbuat orqanlarına qarşı yüksək məbləğli cərimə qərarları çıxarırlar.



Hökumət vətəndaşların sərbəst toplaşmaq hüququnu məhdudlaşdırır və ilboyu müxalifət partiyalarının nümayişlərinə icazə verməyib.



Dövlət Departamentinin hesabatında həmçinin qeyd olunur ki. erməni silahlı qüvvələri Azərbaycan ərazisinin 16 faizini, o cümlədən Dağlıq Qarabağı işğal altında saxlayır və 800 minə qədər azərbaycanlı məcbri köçkün və ya qaçqın vəziyyətindədir.



Azərbaycan hökuməti vətəndaşların təşkilatlard

Günün bütün mövzuları

XS
SM
MD
LG