Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:08

»Təhsil Nazirliyi humanitar elmlərə müharibə elan edir»


Səs: Real audio
Senator Rusiyanı “Böyük Səkkizlər”in sammitinə buraxmamağa çağırır »Yeni Azərbaycan» qəzeti yazır ki, ABŞ-ın Ermənistandakı səfiri »Dağlıq Qarabağ Azərbaycan ərazisi ola bilməz» fikrinə görə dünən keçirdiyi mətbuat konfransında Azərbaycandan üzr istəyib.



»“Azadlıq” qəzeti hakimiyyət zoru ilə üz-üzə» başlıqlı məqalədə »Azadlıq» qəzeti baş redaktor Qənimət Zahidov və onun müavini Azər Əhmədovla bağlı hadisədən söhbət açır.



Faktaraşdırıcı missiyanın hesabatı həmsədrlərə təqdim olunub. Bu barədə »Üç nöqtə» qəzeti yazır.



»Təhsil Nazirliyi humanitar elmlərə müharibə elan edir» məqaləsində »Xalq Cəbhəsi» qəzeti yazır ki, bir qrup elm adamı ölkə prezidentinə ünvanlanan müraciətdə ali məktəblərdəki humanitar fakültələrə tələbə qəbulunun sayını azaltmağa çağırır.



ABŞ Dövlət Departamenti illik hesabatını açıqladı. Hesabatda Azərbaycandakı seçki saxtakarlıqlarından, işgəncələrdən, insan hüquqlarının pozulmasından, korrupsiyadan danışılır. Daha ətraflı »Bakı Xəbər» yazır.



»Terrorizmdə erməni yolu» məqaləsində 1988-ci ilin Sumqayıt hadisələrinə toxunan »Azərbaycan» qəzeti yazır ki, orada təşkilatçılar da, iştirakçılar da ermənilər olub.



Ukraynanın “Pora” təşkilatının lideri və Amerika prezidenti Azərbaycanla bağlı müzakirələr aparıblar. Bu haqda »Exo» qəzetindəki məqalədə bildirilir ki, prezident Buş bu təşkilatın Ukraynadakı fəaliyyətini bəyəndiyini bildirib.



Vaşinqton GÜAM-la bağlı planlarını həyata keçirməyə başlayır. 2006-cı ildə bu təşkilatdan hərbi—siyasi fəallıq gözlənilir. Bu haqda »Ayna» qəzeti ətraflı yazır.



»Ermənilər Amerika səfirini pis vəziyyətdə qoyublar» məqaləsində »Zerkalo» qəzeti yazır ki, indi səfir dövləti qarşısında da fərqli bəyanatlar verməyə məcbur olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG