Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:37

Qusarda qasırğa olub


Səs: Real audio
Senator Rusiyanı “Böyük Səkkizlər”in sammitinə buraxmamağa çağırır Fevralın 28-də gecə saat 3 radələrində Qusarda qəflətən güclü qasırğa baş verib.



Qusar Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, güclü küləkdən əvvəl zəif zəlzələ hiss olunub. Qasırğa da bundan sonra başlayıb.



Təbii fəlakət nəticəsində Qusar şəhərində 20 elektrik dirəyi aşıb, bəzi evlərin dam örtükləri uçub, külək yardımçı təsərrüfatlardan birinin alaçığını tamamilə yerindən qoparıb.



Rayon sakinləri gecəni işıqsız qalıblar. Bu gün səhər tezdən Qusara enerjinin verilməsi bərpa olunsa da, hazırda 20 kənd işıqsızdır.



“Barmek” Elektrik Şəbəkəsinin Qusar Enerji İstismarı İdarəsi axşamacan enerjinin bərpa ediləcəyini bildirib.



Qusar Rayon İcra Hakimiyyətindən Fövqəladə Hallar Komissiyası rayona dəymiş ziyanı hesablayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG