Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:54

Çempionlar Liqası 1/4 finalının püşkü atıldı


Bu mərhələnin ilk qarşılaşmaları 7-8 apreldə, cavab qarşılaşmaları isə 14-15 apreldə keçiriləcək

Bu mərhələnin ilk qarşılaşmaları 7-8 apreldə, cavab qarşılaşmaları isə 14-15 apreldə keçiriləcək

Martın 20-də futbol üzrə UEFA Çempionlar Liqasının 1\4 final mərhələsinin püşkü atılıb. UEFA-nın İsveçrənin Nion şəhərindəki mənzil-qərargahında baş tutan mərasim iddialı klubuları bir-birinə rəqib edib. Xüsusilə «Liverpul» - «Çelsi» və «Barselona» - «Bavariya» cütlüklərini göstərmək olar.

Beləliklə püşkün nəticələri:

«Barselona» (İspaniya) - «Bavariya» (Almaniya)
«Liverpul» (İngiltərə) - «Çelsi» (İngiltərə)
«Mançester Yunayted» (İngiltərə) - «Portu» (Portuqaliya)
«Vilyareal» (İspaniya) - «Arsenal» (İngiltərə)

Bu mərhələnin ilk qarşılaşmaları 7-8 apreldə, cavab qarşılaşmaları isə 14-15 apreldə keçiriləcək.

«Mançester Yunayted» - «Portu» cütlüyünün qalibi yarımfinalda «Vilyareal»-«Arsenal» cütlüyünün qalibi ilə görüşəcək. «Barselona» - «Bavariya» cütlüyünün qalibi isə yarımfinalda «Liverpul» - «Çelsi» cütlüyünün qalibi ilə üz-üzə gələcək.

İlk yarımfinal qarşılaşmaları 28-29 apreldə, cavab qarşılaşmaları isə 5-6 mayda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG