Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:22

Milli Məclis martda hökumətdən hesabat istəyəcək


Səs: Real audio
Senator Rusiyanı “Böyük Səkkizlər”in sammitinə buraxmamağa çağırır Martın 1-də Milli Məclisin yaz sessiyası başlayır. Bu sessiyada millət vəkilləri uzun zamandır müzakirə olunan «Təhsil», «İpoteka», «Telekommunikasiya», «İnvestisiya fəaliyyəti», «Qiymətli metallar və daşlar», eləcə də «Yüksək vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarının təqdim olunması qaydaları haqqında» qanunları qəbul edəcəklər.



İqtisadi siyasət komissiyasının sədri Səttar Səfərov bildirir ki, hamının, xüsusən də gənclərin intizarla gözlədikləri «İpoteka haqqında» qanun martın sonlarına kimi təsdiqlənəcək.



Millət vəkilləri hökumətdən - Nazirlər Kabinetindən büdcənin icrası ilə bağlı hesabat da tələb edəcəklər. Sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli belə deyir. Bundan başqa parlamentdə insan haqları müvəkkilinin hesabatı da dinləniləcək.



Milli Məclis yaz sessiyasını mayın 31-də başa vuracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG