Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:44

«Vaşinqton öz səhvlərini etiraf edib onları düzəltməlidir»


ABŞ prezidentinin müraciətini alqışlayan İran hökumət deyib ki, Barak Obama öz «sözünü əməli ilə əsaslandırmalıdır».

İran prezidenti Mahmud Əhmədinejadın köməkçisi Əli Əkbər Cavanfekir martın 20-i bəyan edib ki, Vaşinqton öz «keçmiş səhvlərini etiraf etməli və onları düzəltməlidir».

ABŞ prezidenti Barak Obama demişdi ki, Amerika hökuməti İranla münasibətləri bərpa ütmək üçün «yeni başlanğıc» axtarır. Novruz bayramı ərəfəsində video müraciətdə prezident Obama bildirmişdi ki, Birləşmiş Ştatlar İran hökuməti ilə konstruktiv dialoqa ümid edir.

O, həmçinin demişdi ki, dialoq zamanı hədələrə yol verməmək lazımdır, çünki bu diplomatik prosesə yalnızca xələl gətirə bilər.

İki ölkə arasında diplomatik əlaqələr 30 il əvvələ kəsilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG