Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:52

Avropa Birliyi iqtisadiyyatın bərpası üçün kifayət qədər iş gördüyünü deyir


Avropa Birliyi rəhbərləri deyirlər ki, onlar qlobal iqtisadiyyatı bərpa etmək üçün kifayət qədər iş görürlər və bu sahədə ABŞ-ın təklifini qəbul etmirlər.

Martın 19-u Brüsseldə keçirilən görüşdə Avropa Birliyi liderləri demişdilər ki, dünya iqtisadiyyatının bərpasına 400 milyard evro, yəni 546 milyard dollar ayrılacaq, ABŞ isə bunun kifayət olmadığını bildirmişdi.

Bu həftənin əvvəli ABŞ bəyan etmişdi ki, iqtisadiyyatın bərpası üçün 1.2 trilyon dollar lazımdır.

Avropa Birliyi liderləri iqtisadiyyatla bağlı sammiti martın 20-i də davam edəcək.
XS
SM
MD
LG