Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:43

«Bundan sonra...»


«Referendum əslində hakimiyyətə daxili amillərə görə lazım idi»
«Referendum əslində hakimiyyətə daxili amillərə görə lazım idi»
«Yeni Müsavat»: «Bundan sonra...»

Hakimiyyət istəyinə çatdı. Çoxdan hədəflədiyi projeni nəhayət ki, reallaşdırdı; konstitusiyaya əl gəzdirib hakimiyyətinin ömrünü uzatdı. Və beləliklə, 2013-cü ilə heç bir nigarançılığı qalmadı. Arxayın şəkildə yerdə qalan 4 il 7 ayı başa vuracaq. İqtidar daxilindəki bəzi tamarzılar da yəqin reallığı qəbul edib dinc oturacaqlar. Özlərini İlham Əliyevin siyasi varisi hesab edən bəzi nazirlər bir növ umusuq oldular.

Referendum əslində hakimiyyətə daxili amillərə görə lazım idi. Postəliyev dövrü üçün komandada yarana biləcək qarşıdurmanı, qanla, itkilərlə nəticələnəcək rəqabəti əngəlləmək üçün bundan yaxşı nə ola bilərdi? Bu həssas məsələyə Qərb də etiraz etmədi, heç bircə sərt bəyanatına rast gəlmədik. Venesiya Komissiyasının məlum açıqlaması isə qapı örtülhaörtüldə ortaya çıxdı. Onun da prosesə ciddi bir təsir göstərəcəyini düşünmək sadəlövhlük olardı. Yəni Avropa Şurası məlum bəyanatı referenduma bir gün qalmış yaydı ki, sabah arqumentsiz qalmasın. «Əlimdən gələni etdim, qiymətimi verin» deyə bilsin.

Ağıl vermək çıxmasın, müxalifət siyasi mübarizəsində birinci sıraya Qərb amilinin yerinə xalq amilini gətirsə pis olmazdı. Demokratik düşərgə bütün fəaliyyətini cəmiyyətə hesablasın. Başqa variant yoxdur. «Səni sevəcəyəm, sən sevməsən də» prinsipi yerimir daha. Əgər 15 ildən artıq bir müddətdə yürüdülən xətt effekt vermirsə, demək, ona ya düzəliş edilməlidir, ya da həmin siyasətdən imtina olunmalıdır.

Martın 19-dan elə bir mərhələ başlayıb ki, artıq müxalifət hakimiyyət uğrunda yox, Azərbaycan uğrunda mübarizə aparmalıdır. Yoxsa hamımız batan gəmidə məhvə məhkumuq.

«Ekspress»: «Dollar ucuzlaşmağa başladı»

Dünən ABŞ dollarının avroya və dünyanın digər aparıcı valyutalarına olan kursu aşağı düşüb. 1 avronun dəyəri $1,34-ə qədər artıb ki, bu da son iki ay ərzində maksimal göstərici sayıla bilər. Dolların belə qəfil ucuzlaşmasının səbəbi ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) hökumətin uzumüddətli borc istiqrazlarından $300 milyonluq hissənin satın alınması qərarıdır. «Bloomberg» bildirir ki, dövlət istiqrazlarının, borc öhdəlikləri və ipoteka səhmlərinin qəflətən alınması dolların kursunu aşağı salan başlıca səbəbdir.

FES isə bəyanat yayaraq bildirib ki, Birləşmiş Ştatlarda qiymət stabilliyini qorumaq və iqtisadiyyatın böhrandan çıxmasını sürətləndirmək üçün əlindəki bütün vasitələrdən istifadə edəcək

«Ayna»:

Səməd Seyidov: «Referendumun şəffaf keçməsi üçün əlimizdən gələni etdik»
İqbal Ağazadə: «Referendum baş tutmamış hesab olunmalıdır»

«Biz dəfələrlə vurğulamışdıq ki, Azərbaycan xalqı bu referendumla bağlı öz fikrini bildirəcək. Doğrudan da belə oldu. Biz referendumun Avropa standartlarına uyğun demokratik və şəffaf keçirilməsi üçün əlimizdən gələni etdik. Referendum tam obyektiv şəkildə keçdi, bu səsvermə Azərbaycan xalqının iradəsini əks etdirdi». YAP-dan millət vəkili Səməd Seyidov belə düşünür. Qəzetimizə verdiyi açıqlamada S.Seyidov bildirdi ki, referendumdan sonra beynəlxalq müşahidəçilərin açıqladıqları rəylər də onların qənaətini təsdiqləyir.

S.Seyidov AŞ PA-da referendumun nəticələrinin müzakirəsi və Azərbaycanın hansısa tənqidlərə məruz qalıb-qalmayacağı ilə bağlı sualı da cavablandırdı. Onun dediyinə görə, Azərbaycan monitorinq altındakı bir ölkə olduğu üçün referendumun Avropa Şurasında müzakirəyə çıxarılması təbii haldır: «Referendum çox yüksək səviyyədə təşkil olunaraq keçirildiyi üçün müzakirələr zamanı hansısa kəskin tənqidlərin səslənəcəyinə inanmıram. Əslində belə müzakirələrin təşkili bizim aləmimizdə müsbət bir məsələdir. Azərbaycanda keçirilən referendumda olan ab-havanı, bu təcrübəni Avropada səsləndirsək, bu, daha da yaxşı olar. Qoy açıq, şəffaf müzakirələr təşkil olunsun. Bundan qorxmaq lazım deyil».

Ümid Partiyasının sədri, «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatının təmsilçisi İqbal Ağazadə isə referendumun baş tutmadığını hesab edir. Onun dediyinə görə, martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı təşkil olunan xalq səsverməsi şəffaf və demokratik şəraitdə keçməyib.

«Yeni Azərbaycan»:

Bu referendum Azərbaycan xalqının demokratikləşmə prosesinin dərinləşməsinə hazır olduğunu göstərdi. Referendumu izləmək üçün olkəmizə gələn Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Müşahidə Missiyası referendumun gedişi ilə əlaqədar bəyənatlə çıxış edib. Bu məqsədlə dünən keçirilən mətbuat konfransında missiyanın rəhbəri Pol Villi ilk olaraq xatırladib ki, Azərbaycan hakimiyyətinin Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar referendum keçirmək barəsində qərarından sonra Avropa Şurası Parlament Assambleyasının Bürosu öz nümayəndə heyətini referenduma göndərməyi qərara alıb. Bu qərara əsasən də AŞ PA-nin Müşahidə Missiyası bir neçə gün əvvəl Azərbaycana gəlib və ümumi prosesin gedişi haqqında ətraflı məlumatlar toplamağa çalışıb.

Səsvermə günündən öncə də Bakıda həm hökümət, həm də müxalifət təmsilçiləri ilə görüşlər keçirdiklərini xatırladan P.Villi əlavə edib ki, səsvermə günü bütün prosesi müşahidə ediblər:

«Azərbaycan Konstitusiyasına əlavə və dəyişiklik edilməsi ilə əlaqədar keçirilən referendum Azərbaycan xalqının sabitlik və demokratikləşmə elementlərinin genişləndirilməsinə hazır olduğunu göstərir».

Missiyanın digər təmsilçisi Hakkı Kəskin də prosesin qənaətbəxş olduğunu və bu barədə müvafiq qurumlara məlumat veriləcəyini qeyd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG