Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:24

«Çeçenlər Bakıda terror hazırlayır»


Səs: Real audio
Amerika məktəbliləri hərbçiləri ittiham edirlər ATƏT-in sədri Azərbaycanla Dağlıq Qarabağ arasında dialoqa maneə görmür. Bu barədə «525-ci qəzet» yazır.



«Yeni Azərbaycan» qəzeti bugünkü sayında Xocalı faciəsindən bəhs edən şəkillər, statistik məlumatlar və şahidlərlə müsahibələrə yer ayırıb.



Hesablama Palatası Xəzər Dəniz Gəmiçiliyini məhkəməyə vermək niyyətində deyil. Amma yoxlama aparmaq qərarı qüvvədədir. Gəmiçilikdə isə hesab edirlər ki, Palata Dünya Bankının sifarişi ilə bu qurumu parçalamaq fikrindədir. Mövzunu «Üç nöqtə» qəzeti ətraflı işıqlandırır.



Əsirlikdə olan Azərbaycan əsgərləri gələn həftə azadlığa buraxıla bilər. «Ayna» qəzeti bu məlumatı Azərbaycandakı hərbi mənbələrə istinadən yazır.



«Çeçenlər Bakıda terror hazırlayır». «Yeni Müsavat» qəzeti yazır ki, Çeçenistan və Dağıstanın inzibati sərhəddində öldürülən üç yaraqlının bu məqsədlə Bakıya gəlmək istədikləri iddia olunur.



«Müxalifətin birgə etiraz aksiyaları zərurətə çevrilir» başlıqlı məqalədə «Bakı Xəbər» qəzeti yazır ki, həm əhali arasında narazılığın artması, həm də beynəlxalq təzyiqlər buna şərait yaradıb.



«Xalq Cəbhəsi» qəzeti MM-in üzvü Zəlimxan Yaqubla müsahibə dərc edib. Millət vəkili Xocalı faciəsinə Azərbaycandakı diplomatik nümayəndəliklərin biganəliyindən narahatlığını bildirib.



«Azərbaycan» qəzeti prezident İlham Əliyevin İtaliya səfərində keçirdiyi görüşlərin böyük əhəmiyyət kəsb etdiyini yazır və bildirir ki, iki ölkə prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi geniş müzakirə olunub.



«Zerkalo» qəzeti yazır ki, Bakıda tərkibində zəhərli maddələr aşkarlarar uşaq oyuncaqları və əmzikləri aşkarlanıb.
XS
SM
MD
LG