Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:14

Leyla Əliyeva: Xocalı hadisəsini siyasi alverə çevirmək böyük günahdır


Səs: Real audio
Amerika məktəbliləri hərbçiləri ittiham edirlər Xocalı hadisəsinin beynəlxalq aləmdə Azərbaycanın təqdim elədiyi kimi soyqırım olaraq tanınması məsələsinə siyasi dairələrdə münasibət həqiqətən də fərqlidir. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Bahar Muradova deyir ki, Xocalı hadisəsi ilə bağlı son vaxtlar baş verənlər dünyada bu istiqamətdə gedən proseslərdə bir dönüş mərhələsidir. Onun sözlərinə görə, proses öz başlanğıcını AŞ-da qəbul olunan qətnamədən götürüb. Həmin qətnamədə Ermənistanın təcavüzkar, Qarabağ ermənilərinin isə separatçı adlandırılmaları beynəlxalq aləmdə ayrı-ayrı şəxslərin Xocalı faciəsi barədə danışması üçün kifayət qədər əsaslı istinad nöqtəsidir.

«təsadüfi deyil ki, ABŞ-ın İndiana ştatının təmsilçisi də konqresdəki çıxışında məhz bu sənədə istinad etmişdi. Düşünürəm ki, təcavüzü, terroru təhlükə hesab edən hər bir ölkənin parlamentində buk imi məsələlərə baxıla bilər.Çünki Xocalı faciəsi və buna bənzər hadisələr təkcə onun baş verdiyi ölkəni yox, ümumilikdə dünyanı hədələyir». Bahar Muradova belə deyir və əlavə edir ki, hazırda dünyada elə bir vəziyyət yaranıb ki, tərəqqipərvər bəşəriyyət bu kimi hallarala barışmamalıdır.

Bahar Muradova deyir ki, indiyə qədər bu istiqamətdə aparılan gərgin işin nəticəsi nəhayət ki, özünü göstərəcək.

Müsavat partiyasının divan üzvü, politoloq Rasim Musabəyov isə deyir ki, Xocalı hadisəsinin ermənilərin iddia etdikləri erməni soyqırımı kimi dünya ölkələrinin parlamentlərində müzakirə edilməsi inandırıcı deyil.

Ümumiyyətlə Xocalı faciəsinin başqa ölkələrin parlamentlərində müzakirəsi, perspektivi, bu məsələ ilə bağlı hər hansı sənədin qəbul edilməsinin Ermənistana ziyanını məsələsinə gəlincə, politoloq deyir ki, «dünyanın bir çox ölkəsinin parlamentində «erməni genosidi» müzakirə edildi. Bunun Türkiyəyə nə təsiri oldu ki, Xocalıya görə də Ermənistana nəsə edilsin».

Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva isə Xocalı hadisəsinin daxili siyasətdə mübarizə alətinə çevrilə biləcəyinə inanmadığını deyir. Ancaq o əlavə edir ki, əgər cəmiyyətdə narazılıq varsa, hər bir hadisə – hətta Novruz bayramı da düşünülməmiş ittiham vasitəsinə çevrilə bilər.

Leyla Əliyeva müxtəlif vaxtlarda bu hadisə ilə bağlı kimlərinsə digərlərini ittiham eləmələrini, zaman – zaman bu niyyətlə bəyanatlar səsləndirmələrini, Xocalı hadisəsini mübarizə vasitəsinə çevirmək cəhdlərini ümumiyyətlə vətənpərvərliyə və milli mənafeyə zidd mövqe kimi dəyərləndirir. O deyir ki, Xocalı hadisəsini siyasi alverə çevirmək böyük günahdır. Bu məsələ yalnız müharibə kontekstində izah edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG