Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:45

Elmlər Akademiyası Xocalı hadisələrinin soyqırım kimi tanınmasını istəyir


Səs: Real audio
Amerika məktəbliləri hərbçiləri ittiham edirlər Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Xocalı hadisələrinin soyqırım kimi tanınması barədə qətnamə layihəsiylə çıxış edib.



Prezidentin milli məsələlər üzrə müşaviri Hidayət Orucov da keçirdiyi mətbuat konfransında Xocalıda baş verənləri 20-ci əsrin Xatın və Osvensim kimi qətliamlarıyla eyniləşdirdi.



Bakıdakı diplomatik korpusun nümayəndələrinin də iştirak etdiyi mətbuat konfransında Mehriban Ələkbərzadənin Xocalı hadisələri barədə çəkdiyi sənədli film nümayiş etdirildi.



Hidayət Orucovun dediyinə görə, bu film İngiltərənin telekanallarından birində nümayiş etdirilib.



Xocalı hadisələri ilə bağlı Müsavat və Yeni Azərbaycan partiyaları da ayrı-ayrılıqda anım mərasimləri keçiriblər.



1992-ci il fevralın 25-dən 26-a keçən gecə Qarabağın Xocalı şəhərinə erməni silahlı qüvvələri hücum etmiş, şəhər sakinləri çoxlu tələfat vermişdi.



Azərbaycanın rəsmi mənbələrində yayılan məlumatlara görə, həmin hücumda Rusiyanın 366-cı motoatıcı alayı da iştirak edib və əksəriyyəti mülki şəxslər olan 613 adam, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib. 487 nəfər yaralanıb, 150 nəfər itkin düşüb, 1275 nəfər isə əsir götürülüb. Onların taleyi indiyə qədər məlum deyil.
XS
SM
MD
LG