Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:17

Qiyama qalxan dustaqlara qarşı ittiham irəli sürülməyib


Səs: Real audio
Buş Rusiya siyasətini dəyişə biləcəyinə işarə edib 11 saylı koloniyada baş verənlərdən sonra heç bir dustağa qarşı ittiham irəli sürülməyib. Bu haqda qərar yalnız istintaq araşdırmasından sonra veriləcək.



Məlumatı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin rəisi Tahir Kazımov ədliyyə nazirinin müavini Vilayət Zahirovla birgə keçirdikləri mətbuat konfransında verib.



Tahir Kazımovun sözlərinə görə, məhkumların cəzaçəkmə müəssislərindən istintaq təcridxanasına aparılması isə cəza deyil. Sadəcə, həmin şəxslər qanun çərçivəsində dindirilir.



Ədliyyə nazirinin müavini Vilayət Zahirov isə dedi ki, bir ay əvvəl ağır cinayətlərə görə məhkum olunan şəxslərin vaxtından əvvəl buraxılması faktı aşkarlanıb. Elə bundan sonra da Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Aydın Qasımov vəzifəsindən azad olunub, bu idarənin üç nəfər vəzifəli şəxsi cinayət, yeddi nəfərsə inzibati məsuliyyətə cəlb olunub.



Nazir müavini bildirdi ki, islah sistemində hazırda ciddi iş aparılır və yaxın zamanlarda o, Avropa standartlarına uyğunlaşdırılacaq.



Vilayət Zahirov cəzaçəkmə müəssisələrində axtarış aparılmasını isə belə izah etdi ki, həmin müəssisələrdə də 11 saylı koloniyadakına oxşar vəziyyətin yaranması – məhbusların qadağan olunmuş əşya və mobil telefonlardan istifadə etməsi, müəssisə rəhbərinin tələblərinə əməl etməməsi haqda onlara siqnallar daxil olub. Və qayda—qanunun bərpası məqsədilə 2, 6, 12 və 13 saylı cəzaçəkmə müəssisələrində və Qobustan həbsxanasında axtarış aparıblar.



Hüquq müdafiəçisi Rəna Sadəddinova bildirir ki, ədliyyə naziri Vilayət Zahirovun sözlərindən sonra islah sistemində hər şeyin yaxşı olacağını demək çətindir.



«Həmin məqsədlə islahatlar aparılmalıdır ki, bu da vaxt tələb edir».



O ki qaldı, həbsxanalardakı son yoxlamalara, Rəna Sadəddinova deyir ki, cəzaçəkmə müəssisələrindəki vəziyyəti nəzarətdə saxlamaq üçün müvafiq idarələr var və həmin məlumatlar əvvəllər də verilə bilərdi.



Mətbuat konfransında verilən başqa məlumata görə, 20 yaşlı Alqayıt Məhərrəmovun ölüm faktı ilə bağlı artıq cinayət işi qaldırılıb.



Ədliyyə nazirinin müavini Vilayət Zahirov onu da bildirdi ki, Azərbaycan dustaqların sayının az olmasına görə dünyada ən yaxşı göstəricilərə malikdir.



Azərbaycanda 100 min nəfərə 190 məhbus düşür. Birlşəmiş Ştatlarda bu göstərici 700, Rusiyada 600, Pribaltika ölkələrində 300 nəfərdir. Vilayət Zahirov dustaqların sayının az olmasını ölkə başçısının vaxtaşırı amnistiya və əfv fərmanları verməsi ilə izah edib.
XS
SM
MD
LG