Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:59

ATƏT-in seçkiqabağı qiymətləndirmə missiyası Bakıya gələcək


Səs: Real audio
Buş Rusiya siyasətini dəyişə biləcəyinə işarə edib Parlament seçkilərinə bir neçə ay qalmış ATƏT-in qiymətləndirmə missiyası Azərbaycana gələcək.



Missiya ölkədə seçkiqabağı mühiti öyrənəcək, qanunvericilik sahəsində, eləcə də seçkidə iştirak edəcək siyasi qüvvələrin rastlaşdıqları problemləri araşdıracaq. Bu məqsədlə missiyanın üzvləri müxalifət nümayəndələri, qeyri-hökumət təşkilatları və hökumətlə danışıqlar aparacaq.



Bundan sonra isə ölkədəki ümumi vəziyyətlə bağlı hesabat hazırlayaraq ATƏT-in Varşavada yerləşən İnsan Haqları və Demokratik Təsisatlar Bürosuna təqdim edəcək.



Bu haqda məlumatı ATƏT-in Bakı bürosunun əməkdaşı Ülvi Axundlu verib.



Varşava bürosundakı müzakirələrdən sonra isə seçkiləri müşahidə etmək məqsədilə missiya göndəriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG