Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:45

Bakıda AIDS-lə bağlı beynəlxalq konfrans keçirilir


Səs: Real audio
Buş Rusiya siyasətini dəyişə biləcəyinə işarə edib Bu gün Bakıda BMT və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə SPİD—AIDS xəstəliyi ilə bağlı beynəlxalq konfrans öz işinə başlayıb.



70-ə yaxın ölkədən nümayəndənin qatıldığı konfransda AIDS əleyhinə dərmanların qiymətlərinin ucuzlaşdırılmasının vacibliyi haqqında fikirlər səslənib.



İndi dünyada bu çarəsiz xəstəliyin daşıyıcısı olan insanların ömrünü uzatmaq üçün bir kurs müalicə 10-15 min dollara başa gəlir. Azərbaycanda da belədir. Bir aylıq müalicə üçün xəstəyə təxminən 1000 dollar pul lazımdır.



Azərbaycan AIDS-lə Milli Mübarizə Mərkəzinin direktoru Qalib Əliyev deyir ki, AIDS əleyhinə dərmanlar çox az sayda ölkə və müəssisədə istehsal olunur. Onlar isə bu sahədə malik olduqları monopoliyadan istifadə edib qiymətləri yüksək saxlayırlar.



Hazırda Azərbaycanda AIDS-li xəstələrin sayı 700-ü keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG