Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:28

«ABŞ Azərbaycandakı zülmə göz yummayacaq»


Səs: Real audio
Buş Rusiya siyasətini dəyişə biləcəyinə işarə edib «Yeni Azərbaycan» qəzeti yazır ki, Azərbaycan prezidenti Xocalı soyqırımı ilə bağlı xalqa müraciət edib və Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün hökumətin mövqeyini dəstəkləməyə çağırıb.



Azərbaycanda hərbi toplanışların bərpa olunacağı gözlənilir. Ehtiyatda olan sıravilər, çavuş və gizirlər 50, kiçik və baş zabitlər 55, polkovniklər 60, ali zabitlər isə 65 yaşa qədər toplanışa çağırıla bilərlər. Bu barədə «525-ci qəzet» yazır.



«Ermənilər yenə də Bakıya gəlməyə hazırlaşırlar» başlıqlı məqalədə «Üç nöqtə» qəzeti yazır ki, QAT hökumətdən Ermənistan nümayəndə heyətini TRASEKA layihəsinin illik konfransına buraxmamağı tələb edir.



«Bakı Xəbər» yazır ki, AŞPA-nın Azərbaycan üzrə məruzəçi Malkolm Bryusun səfəri zamanı seçki məhbusları azadlığa buraxıla bilər.



«Ermənistan paytaxtını dəyişir» məqaləsində «Zerkalo» qəzeti yazır ki, yeni paytaxtın Şuşa şəhəri olması haqda təklif müzakirə edilir.



«İranın “Şahin” raketləri Bakını hədəfə alıb» sərlövhəli məqalədə «Xalq Cəbhəsi» qəzeti yazır ki, ABŞ İrana hücuma bu ilin iyununda başlayacaq.



«Müxalifətin yalan şayiə kampaniyasına iqtidar cavab verməlidirmi?» məqaləsində «Azərbaycan» qəzeti yazır ki, radikal müxalifəti faktların dili ilə susdurmaq indi siyasi mübarizədə ən asan vasitədir.



«Azadlıq» qəzeti yazır ki, «ABŞ Azərbaycandakı zülmə göz yummayacaq». Amerika ölkədə insan haqlarına dair vəziyyəti dərindən öyrənir.



Tanınmayan Dağlıq Qarabağ Respublikası birbaşa danışıqlara başlamaq üçün Azərbaycana müraciət edib. Bu barədə «Ayna» qəzeti yazır.



«Yeni Müsavat» yazır ki, Müsavat partiyası piket keçirmək üçün şəhər meriyasına müraciət edib. Məqsəd ədalətli seçki keçirilməsinə və siyasi məhbusların azad edilməsinə nail olmaqdır.
XS
SM
MD
LG