Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:31

“Putinin tənqidə qarşı tənqidləri”


Səs: Real audio
Buş Rusiya siyasətini dəyişə biləcəyinə işarə edib --“Eurasia View”



ABŞ dövlət katibinin köməkçisi Elizabet Consun Dağlıq Qarabağ separatçılarının ünvanına “kriminal” ifadəsi işlətməsi Yerevanda Vaşinqtonun mövqeyinin Azərbaycanın xeyrinə dəyişməsi kimi yozulub.



Amma yardımların həcmi başqa şey deyir. Ermənistan dünyada ABŞ-dan ən çox yardım alan ölkələrdən biridir.



2006-cı ildə Ermənistana ayrılacaq vəsaitin həcmi azaldılsa da, Birləşmiş Ştatlar gələn il Dağlıq Qarabağa 3 milyon dollar civarında humanitar yardım nəzərdə tutub.



--“Uolt Strit Cournal”



Corc Buş və Vladimir Putinin Bratislavada görüşü ərəfəsində çoxlarını Ağ Evin Rusiyada demokratiyanın indiki vəziyyətinə göz yumub-yummayacağı sualı düşündürür.



Buş isə Brüsseldə Rusiyaya münasibətdə siyasətini dəyişə biləcəyinə işarə edib. Rusiyanın demokratiya və qanunçuluğu bərqərar etməli olduğu barədə Buşun dedikləri mühümdür. Çünki ki, bu vaxtadək o, Rusiyanı açıq tənqid etməkdən çəkinib.



2004-cü ilin yanvarında keçirilən sorğuda rusiyalı respondentlərin 75 faizi ölkələrinin Qərbin müttəfiqi və ya dostu görmək istədiyini bildiriblər. Onların 3 faizi Qərbi Rusiyanın düşməni adlandırıb.



Putin davamlı şəkildə özünü dünya ictimaiyyətindən təcrid etdiyi bir vaxtda Amerika rusiyalıların 75 faizinin demokratiya istəyini dəstəkləməlidir.



--“Nyu York Tayms”



Buşun bu həftəki görüş zamanı Putini danlamaq cəhdləri fayda verməyəcək.



Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Yuri Uşakov “Nyu York Tayms” qəzetinin sullarını cavablandırarkən deyib ki, Putin Buşun tənqidinə tənqidlə cavab verəcək.



Onun sözlərinə görə, Rusiya ictimaiyyəti dünyanın bəzi regionlarında Birləşmiş Ştatların fəaliyyətini dəstəkləmir, bir çoxları Amerikanın seçki sistemini açıq tənqid edir.



Uşakovun şərhləri göstərir ki, Buşun Rusiyanın daxili işlərini müzakirə etmək cəhdləri əks-sübutlar, əks-arqumentlərlə qarşılanacaq, nəyisə dəyişmək vədi ilə yox.



--“Tayms”



Ukrayna prezidenti Viktor Yuşenko çərşənbə axşamı Brüsseldə ölkəsinin Şimali Atlantika Təşkilatı—NATO-ya qoşulmaq niyyətini açıqlayıb.



Ukrayna prezidentinin bu addımı Rusiyayla Qərb arasında gərginliyi daha da artıracaq və Bratislava görüşünə kölgə salacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG