Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:06
Avropa Şurası Yerli və Regional İdarəetmə Konqresinin prezidenti Yan Mikallefin Azadlıq Radiosuna ekskluziv müsahibəsi:

18 mart referendumunun rəsmi nəticələrinə görə, seçicilər İlham Əliyevin ömürboyu prezidentliyə namizədliyini verə bilməsi üçün tələb olan düzəlişi dəstəkləyiblər. Hər hansı bir adamın istədiyi qədər prezident seçilməsinə qoyulan məhdudiyyətin demokratiya üçün nədən vacib olduğunu Azərbaycanda vətəndaşlara necə başa salardız?

Yan Mikallef:
“Biz demorkatiyadan və qanunun aliliyindən danışırıq. Biz inanırıq ki, əyər prezident seçilməyə heç bir limit olmasa, prezidentin diktatora çevrilməsi faktı baş verir. Biz inanırıq ki, hər bir ölkə, hər bir dövlət demokratiyanın əsas prinsiplərinə uyğun olaraq idarə olunmalıdır və Azərbaycan da Avropa Şurasına üzv olarkən bu öhdəliyi götürüb. Biz də orda bu hüququ, bu dəyərləri qoruyacağımıza təminat vermişik”.


Demorkatiya ilə bağlı öhdəliklərinə əməl etmədiyi üçün Azərbaycana qarşı Avropa səviyyəsində hansı hüquqi yollardan istifadə edilməsi mümkündür?

Yan Mikallef:
“Biz artıq qərar vermişik ki, əgər Azərbaycan hökuməti öhdəliklərinə hörmət eləmirsə, Konress olaraq Azərbaycanın qurumdan xaric olunması üçün tələb olunan prosedurlara başlaya bilərik. Bu ən son həddə verəcəyimiz qərar olardı. Amma təbii ki, bu prosesə o vaxt başlanır ki, hökumət götürdüyü öhdəliyə əməl etmək niyyətində olmadığını açıq-aydın nümayiş etdirsin.”


Bir nəfərin istədiyi qədər prezident seçilməsinə yaradılan imkandan başqa, Konstitusiyaya son düzəlişlərdə sizi narahat edən əlavə hansı məqamlar var?

Yan Mikallef:
Əsasən Azərbaycan hökumətinin yerlərdə demokratiyanı nəzarət altına alması cəhdindən də narahatıq. Bu da haqqında danışdığımız başqa bir məsələ idi. Çünki, hətta Konstitusiyaya düzəliş təklifində aydın bəyan olunub ki, icra hakimiyyəti bələdiyyələrə nəzarət edəcək. Biz aydın bildridik ki, bu Avropa Yerli Özünüidarə Xartiyasıyla bağlı götürülən öhdəliklərə ziddir. Və bu fikri Venesiya Komissiyası da təsdiqlədi.


Avropa Şurasnın Yerli Özünüidarə Konqresindən çıxarılmağın Azərbaycandakılara nə təsiri ola bilər? İctimai rəydə beynəlxalq əlaqələrdəki bir uğursuzluq kimi görünməsindən başqa Bakıdakı hakimiyyətə nə təsiri ola bilər?

Yan Mikallef:
Bu mərhələdə deyə biləcəyim odur ki, Konqres olaraq biz Avropa Şurasının bir hissəsiyik. Biz bu institutun bir parçasıyıq. Yəni belədə bu həm də Azərbaycan üçün siqnal olmalıdır. Avropa Şurasının Parlament Assambleyası və Nazirlər Komitəsi də bu nümunəyə davam edə bilərlər. Bu Azərbaycanın Avropa Klubundan kənarda qalması mənasına gələ bilər. Və bunagörə də, onlar anlamalıdırlar ki, demokratik prinsipləri qorumaqla bağlı Avropa Şurasına verdikləri bütün təminatlara hörmət etməlidirlər. Onlar ancaq Yerli Özünüidarə Konqresi qarşısında öhdəlik götürməyiblər. Onlar bir institut kimi Avropa Şurası qarşısında öhdəlik götürüblər.


Avropa Şurası qarşısında demokratiyayla bağlı götürdüyü öhdəliklərə əməl eləmədiyi üçün Azərbaycana qarşı hansısa iqtisadi ya başqa cəza sanksiyalarının tətbiqi mümkündürmü?

Yan Mikallef:
Avropa Şurasında əlimizdə bu cür iqtisadi sanksiya imkanları yoxdur. Bir qurum kimi biz dövlətin üzvlüyünə son verə bilərik. Bu bizim Konqresin səlahiyyətində olan məsələ deyil. Biz Avropa Şurasının konqresi kimi nümayəndə heyətinin təmsil olunmasına son qoya bilərik. Sonra Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin məsələsi gəlir. Şurasının Nazirlər Komitəsi də var. Yəni bütün bu qurumlar hamısı eyni addımı ata bilərlər.


Siz Venesiya Komissiyasından danışdız. Komissiya 18 mart referendumundan iki gün əvvəl sizin narahatlıqlarınızi bölüşən bəyanat verdi. Onlar həm də rəsmi Bakını demokratiyayla bağlı götürdükləri öhdəlikərə hörmət eləməyə çağırdılar. Avropa Şurasının təşkilatı perspektivləri baxımından növbəti addım nə ola bilər?

Yan Mikallef:
"Mən Azərbaycanın baş nazirinə yazdığım məktubda açıq-aydın qeyd elədim ki, Venesiya Komissiyası öz rəyini dərc eləyib və bu da bizim dediklərimizin təsdiqidir. Mən gözləyirəm ki, onlar deyilənləri həyata keçirmək üçün lazım olan tədbirləri həyata keçirəcəklər.
Bu o deməkdir ki, əyər Azərbaycan hökumətindən müsbət cavab alınmasa, aprelin əvvəlində keçiriləcək növbəti görüşümüzdə Azərbaycana qarşı atacağımız addımları müzakirə edə bilərik. Və mən güman edirəm ki, əyər Azərbaycan hakimiyyəti heç bir tədbir görməsə, onda nümayəndə heyətlərinin üzvlükdən çıxarılması prosesinə başlana bilər".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG