Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:40

Azərbaycanda kütləvi aksiyalar üçün şərait varmı?


Səs: Real audio
Buş Putinlə dostluğunu məzəmmətlərlə korlamaq istəmir Ekspertlər hesab edirlər ki, aksiyalar üçün Azərbaycanda şərait tədricən formalaşmaqdadır. Ancaq bu şərait bütün hallarda həmin aksiyaların kütləvi və effektiv alınması üçün yetərli deyil. Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov deyir ki, prezident seçkilərindən sonra ölkədə başlayan durğunluq dövrü başa çatmaq üzrədir. Eldar Namazovun sözlərinə görə, Gürcüstan və Ukrayna hadisələri əhalinin şürunda müəyyən dəyişiklik yaradıb. Hər həftə ölkədə yeni bir gənclər təşkilatının elan edilməsi göstərir ki, yenidən insanlar gələcəyə baxmağa başlayıblar. Üstəlik o, bütün bu prosesi təkcə aparıcı müxalifət partiyalarının adına yazmaq istəmir. Onun sözlərinə görə, indi bu prosesdə cəmiyyətin daha geniş təbəqələri iştirak etməyə başlayıb.

Bundan başqa parlament seçkiləri ərəfəsində olan Azərbaycana beynəlxalq qurumların getdigcə artan maraqları da, kütləvi aksiyaları zəruri edən amillərdəndir. Azərbaycan Naminə İctimai Forumun rəhbərinin fikirincə, bunun təsiri hakimiyyət rəsmilərinin münasibətlərində də hiss edilməkdədir. Əgər 3-4 ay əvvəl onlar oktyabr hadisələrinə görə tutulanların azad edilməsindən, Seçki Məcəlləsinə dəyişikliklərdən heç danışmaq istəmirdilərsə, indi bu cür mövqelərdə bir xeyli yumşalmalar yaranıb. Eldar Namazovun sözlərinə görə hakimiyyət başa düşməkdədir ki, əhali ilə beynəxlaq qurumların istəyinin üst-üstə düşdüyü məqamlarda müqavimət göstərmək ona ancaq ziyan gətirə bilər.

«Mərkəz» qəzetinin baş redaktor müavini Faiq Novruzov isə yada salır ki, Azərbaycanda bütün seçkilər ərəfəsində kütləvi aksiyalara icazə verilib. Yəqin ki, parlament seçkiləri yaxınlaşdıqca bu dəfə də belə olacaq. Ancaq bu o demək deyil ki, müxalifət kütləvi aksiyalarla istəyini gerçəkləşdirə biləcək. Çünki Azərbaycanda belə hala yaxın illərdə rast gəlinməyib. Hətta müxalifətin az-çox güclü olan vaxtlarında belə, kütləvi aksiyalar elə bir effekt verməyib.

«Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu da hesab edir ki, parlament seçkiləri yaxınlaşdığca kütləvi aksiyalara şərait yardılacaq. Ən azı ona görə ki, hakimiyyət bununla seçki ərəfəsində bütün qüvvələrə bərabər şəritin yaradıldığını beynəlxalq aləmə nümayiş etdirə bilsin. Ancaq o həmkarından fərqi olaraq kütləvi aksiyaları tamamilə əhəmiyyətsiz hesab etmir. Azər Rəşidoğlunun sözlərinə görə, aksiyaların kütləvi və effektiv alınması bir sıra amillərdən aslıdır. Bura xüsusilə ictimai televiziyanın fəaliyyətə başlaması və başqa demokratik instutların inkişaf etdirilməsi məsələləri daxildir.

Azər Rəşidoğlu bununla belə mart-aprel aylarında Azərbaycanda kutləvi aksiyaların baş tutacağını real saymır. Onun sözlərinə görə, əvvəllər olduğu kimi bu dəfə də kütləvi aksiyalara seçkiyə yalnız 2-3 ay qılmış tam şərait yaranacaq.
XS
SM
MD
LG