Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:48

“Müxalifət yeni etiraz aksiyalarına hazırlaşır”


Səs: Real audio
Buş Putinlə dostluğunu məzəmmətlərlə korlamaq istəmir «525-ci qəzet» yazır ki, ATƏT-in Parlament Assambleyası öz işinə başlayır. İclasda Qarabağla bağlı tanışlıq xarakterli məruzə dinlənilməlidir.



«Ceyhan limanı Bakı neftini qəbul etməyə hazırdır» məqaləsində «Yeni Azərbaycan» yazır ki, oktyabrın 1-də Azərbaycan neftinin ilk partiyası Ceyhan limanı ilə Avropaya nəql olunacaq.



«Üç nöqtə» qəzeti Xocalı faciəsinin ildönümü ilə bağlı məqaləsində Türkiyə Böyük Millət Məclisinin də bu hadisəylə bağlı toplantı keçirəcəyini bildirir.



«Bakı Xəbər» «İlham Əliyev NATO-nun sammitinə dəvət olunmadı» başlıqı məqaləyə yer ayırır. Yazıda qeyd olunur ki, mövcud hakimiyyətin kobud səhvləri ucbatından NATO-Azərbaycan münasibətlərində cidd problemlər yaranıb.



«Müharibənin bir addımlığında» məqaləsində «Xalq Cəbhəsi» qəzeti yazır ki, hərbi hava qüvvələrini hərəkətə gətirən İsrail hökumətinin məqsədi İranın nüvə obyektlərinə zərbə endirməkdir.



«Azərbaycan» qəzeti «Amansız və ədalətsiz müharibə» məqaləsində bildirir ki, Heydər Əliyev Moskvada hakimiyyətdən uzaqlaşdırılandan sonra Dağlıq Qarabağda erməni separatçıları baş qaldırıblar.



Müxalifət mart ayında yeni etiraz aksiyalarına hazırlaşır. Bu barədə «Ayna» qəzeti yazır.



«Yeni Müsavat» qəzeti tanınan kaman ustası Habil Əliyevlə müsahibə dərc edib. Hazırkı mədəniyyət naziri Polad Bülbüloğlunun fəaliyyətindən narazı olduğunu deyən kaman ustası onun mədəniyyətə ciddi ziyan vurduğunu söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG