Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:17

Kyoto protokolu: ekoloji tunnel sonunda görünən işıq ucu


Səs: Real audio
Buş Putinlə dostluğunu məzəmmətlərlə korlamaq istəmir Fevralın 16-dan başlayaraq Kyoto protokolu adı ilə məşhur olan beynəlxalq sazişin müddəaları qüvvəyə mindi. Dünyanın müxtəlif ölkələrində siyasətçilərin, alimlərin və xüsisilə də ətraf mühitin mühafizəsi təşkilatları fəallarının şadyanaqlıqla qarşıladıqları bu hadisənin praktiki əhəmiyyətindən çox, rəmzi məna daşımasını qeyd etmək lazim gəlir.



XX əsrin ikinci yarısından etibarən sənayenin sürətlə inkişafı insanlarda ətraf mühitə görə həyəcan hisslərini də gücləndirirdi. Lakin sənaye fəaliyyətinin təbiətə vurduğu müxtəlif növlü ziyanlar icində ekoloji təşkilatları və alimləri daha çox parnik effekti adlanan qlobal bir təzahür narahat edirdi. Parnik effekti nəzəriyyəsinə əsasən neftin, təbii qazın və kömürün yanacaq kimi istifadəsi nəticəsində Yer kürəsninin atmosferində külli miqdarda karbon dioksid, yəni karbon qazı toplanir. Digər tullantı qazları ilə birgə karbon qazı atmosferin aşağı təbəqəsində toplanaraq özünəməxsus bir qapaq yaradır. Günəşin şüaları bu qaz təbəqəsindən yerə doğru maneəsiz keçir. Lakin əks istiqamətdə hərəkət edərkən həmin qaz təbəqəsi tərəfindən saxlanılır və yerin səthində qalarq iqlimin istiləşməsinə gətirib çıxarır.



Ekoloqların irəli sürdüyü bu nəzəriyyə dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə qarşilanmadı. Onun əleyhinə olanların, xüsusilə də enerji şirkətlərin maraqlarini güdən lobbi təşkilatlarının məntiqinə əsasən insanın sənaye fəaliyyətinə qədər də Yer kürəsinin tarixində bir neçə dəfə qlobal iqlim dəyişgənliyi baş verib. Həqiqətən elmi faktlara əsasən meteoritlərin Yer kürəsinə düşməsi, güclü vulkanların püskürməsi və sair təbii səbəblərdən yer iqliminin bir neçə dəfə dəyişməsi halları baş verib.



1988-ci ildə problemlə yaxından məçğul olmaq haqqında qərar qəbul edilən BMT xüsusi bir iglim grupu yaratdi. Yer kürəsinin müxtəlif nöqtələrində aparılan müşahidələr, araşdırmalar, elmi təhqiqqatların nəticələrini diqqətlə analiz edən bu qrup qlobal iqlim dəyişgənliyinin bir fakt olduğunu təsdiq etdi. Əsasən insan fəaliyyətinin nəticəsi olaraq əmələ gələn bu təzahürün başlıca səbəblərindən biri kimi BMT-nin iglim grupu kömür, qaz və neft istehlakından əmələ gələn CO2 tullantılarının həcmini qeyd edirdi. Karbon qazının səbəb olduğu qlobal iqlim dəyişgənliyinin qarşısını ancaq bir yolla: CO2 tullantılarının azalması yolu ilə almaq olardi. Lakin karbondioksid tullantılarının əsas mənbəyi olan neft və qazı əvəz edə biləcək alternativ enerji mənbəyi tapmaq elə də asan deyil. Əslində, kosmosa ayaq açan, Ayda addımlamağa qadir olan insan övladı üçün bu problemin texnoloji həllinə nail olmaq qətiyyən çətinlik təşkil eləmir. Problemin özəyi, məsələnin iqtisadi tərəfindədir. Alternativ enerji mənbələri ilə bağlı müxtəlif elmi və texniki yeniliklər mövcud olsa da, bunlarin heç biri nə kəmiyyət, nə də qiymət sarıdan hidrokarbonların yerini verə bilmir. Odur ki, Yer kürəsinin gələcəyi üçün əndişə çəkərək hələ 80-ci illərdən dünya ictimiyyətini dilə tutmağa çalışan qüvvələrə az qala bir onillik vaxt lazım gəldi. Bu müddət ərzində iglim özü də ekoloqların “köməyinə gələrək” müxtəlif təbii kataklizmlər halında Parnik effektinin nə qədər real olduğunu insanlara nümayiş etdirirdi. Şimal qütbündə, Antarktikada və dağ yüksəkliklərindəki nəhəng buzlaqların sürətlə əriməsi, daşqın və qasırğaların sayının artması nəticəsində qlobal istiləşmə nəzəriyyəsinin ən çılğın əleyhidarları belə geri çəkilməli oldu və nəhayət 1997-ci ildə170-dan artıq hökümətin nümayəndəsini Yaponiyanın Kyoto şəhərinə, beynəlxalq iqlim konfransına toplamaq mümkün oldu.



Bir tərəfdən müxtəlif sənaye sahələrini təmsil edən lobbi təşkilatlarının, digər tərəf
XS
SM
MD
LG