Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:08

“Putinlə görüş Buş üçün sınaq olacaq”


Səs: Real audio
Buş Putinlə dostluğunu məzəmmətlərlə korlamaq istəmir --“Uolt Strit Cournal”



ABŞ prezidenti Corc Buş Avropa Birliyini Moskvaya münasibətdə mövqeyi sərtləşdirməyə, Rusiyayla danışıqları demokratik islahatların zəruriliyi fonunda qurmağa çağırıb.



Bazar ertəsi Brüsseldə çıxışı zamanı prezident Buş Amerikayla Avropa arasında ümumi məqsədlər haqda danışıb, amma ən kəskin ifadələri Vladimir Putin üçün saxlayıb.



O deyib:



“Biz başa düşürük ki, islahatları bir gecəyə aparmaq olmaz. Amma Rusiyaya həmişə xatırlatmalıyıq ki, bizim alyans mətbuat azadlığı, fəal müxalifət, hakimiyyət bölgüsü və qanunçuluğun tərəfdarıdır. Birləşmiş Ştatlar və Avropa ölkələri demokratik islahatları Rusiyayla dialoqun əsas mövzusuna çevirməlidir”.



Moskvalı politoloq Vyaçislav Nikonov isə deyir ki, “Putin Rusiyada demokratiyanın inkişafı ilə bağlı hər hansı bir problem görmür. Onu belə bir problemin mövcudluğuna inandırmaq cəhdləri nəticəsiz qalacaq”.



--“Vaşinqton Post”



Prezidentlərin Bratislava sammiti Buşun öz inauqurasiya nitqində dünyada demokratiyanı yaymaq barədə verdiyi vədləri üçün ilk sınaq olacaq.



Ağ Ev administrasiyasının nüməyəndələrindən birinin sözlərinə görə, “hamı prezidentin inauqurasiya nitqindən sonra Bratislava görüşünün bir sınaq olduğunu başa düşür”.



Amma köməkçiləri deyir ki, Buş Putinlə dostluğunu səmərəsiz məzəmmətlərlə korlamaq istəmir. Ağ Evdəki xüsusi işçi qrup ABŞ-ın Rusiyaya münasibətdə siyasətinin araşdırılmasını təzəcə başa çatdırıb. Qrupun hazırladığı hesabatda Putinlə əvvəlki əməkdaşlıq kursunu davam etdirmək, münasibətləri Rusiyada demokratiyanın vəziyyətiylə birbaşa əlaqələndirməmək tövsiyə olunur.



Ağ Ev rəsmiləri deyir ki, Rusiyanın daxlii işlərinə hədsis maraq digər prioritet məsələrin həllini çətinləşdirə bilər.



Odur ki, administrasiya demokratiya məsələsi ilə Rusiyayla konstruktiv münasibətlər zərurəti arasında balansı qorumağa çalışır.



--“Frankfurter Rundşau”



Buşun Brüssel çıxışında yeni heç nə yoxdur. Öz nitqində Amerika prezidenti avropalılara xoş görünməyə çalışıb, amma İran, ətraf mühitin qorunması və terrorçuluq kimi mübahisəli məsələlər haqda heç nə deməyib.



“Buş Avropaya əliboş gəlib. O, başa düşmür ki, avropalıların hər şeydə Vaşinqtona qulaq asdıqları vaxt artıq keçib”.



--“Liberasyon”



Amerika və Fransa prezidentləri Brüsseldə "İraq müharibəsinə görə aralarındakı küsülülüyə son qoyublar".



--“Fiqaro ”



“Buş və Şirak görüşüb söhbət etsələr də, onların bir-birlərini eşitdiyinə əminlik yoxdur”.



Suriya və İran məsələlərində Parislə Vaşinqton arasında fikir ayrılığı göz qabağındadır: Paris diplomatik dialoqu, Vaşinqton isə Dəməşq və Tehranla qarşıdurmaya üstünlük verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG