Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:15

Dünyanın iri informasiya agentlikləri referendum haqqında


Dünyanın demək olar əksər böyük informasiya agentlikləri Azərbaycanda keçirilən Konstitusiya dəyişikliyinə dair referendumdan bəhs edən xəbərlər, reportajlar yayıblar. Onların hamısı da Konstitusiyaya düzəlişlərin tək birinə diqqət yetirirlər – eyni adamın iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağanın ləğv edilməsi.
Agentliklərin bu mövzuda yazdıqlarına qısaca nəzər salaq:


“RÖYTERS” AGENTLİYİ
Neft zəngini Azərbaycanda keçirilən ferendumla bir nəfərin iki dəfədən çox prezident seçilməsinə imkan verilməsi İlham Əliyevə hər dəfə yenidən seçilməklə ömürlük prezident olmaq imkanı verir.
Konstitusiyaya dəyişiklikliklər, keçmiş sovet respublikası və Qərbin neft və qaz təchizatçısı olan Azərbaycanda Əliyevlər ailəsinin on illərdir davam edən hakimiyyətinin 2013-cü ildən sonra da davam etməsinə şərait yaradır. Referenduma qədər qüvvədə olan Konstitusiyaya əsasən 2013-cü il İlham Əliyevin ikinci – axırıncı prezidentlik müddətini sonu idi.

“ASSOŞEYTED PRESS” AGENTLİYİ
Seçki rəsmiləri bir nəfərin iki dəfədən artıq prezident seçilə bilməməsi barədə Konstitusiya məhdudiyyətinin aradan qaldırılmasına vətəndaşların fəal şəkildə səs verdiklərini deyirlər. Tənqidçilər isə bu referendumun ölkəni demokratiyadan daha çox monarxiyaya yaxınlaşdırdığını söyləyirlər.
Əliyevin rəqiblərindən olan AXCP-nin sədri Əli Kərimli referendumun baş tutmadığını - əhalinin iştirakının 15%-dən az olduğunu deyir: “Referendum azad və ədalətli keçirilməyib və biz onu etibarlı saymırıq” – deyə Əli Kərimli müxalifət partiyalarının keçirdiyi birgə mətbuat konfransında bildirib.

“FRANS-PRESS” AGENTLİYİ
Çərşənbə günü Azərbaycanda prezidentin iki dəfədən çox seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına dair səsvermə keçirilib. Seçki rəsmiləri seçicilərin tam əksəriyyətinin səsvermədə iştirak etdiyini bildirirlər.
Müxalifət qrupları isə referendumu boykot etməyə çağırıblar. Onlar bildirirlər ki, bu referendum 47 yaşlı İlham Əliyevin növbəti müddətlərdə də prezident seçilə bilməsinə hesablanmış addımdır.
İlham Əliyevin ailəsi 40 ilə yaxındır ki, Azərbaycan siyasətində dominant rola malikdir. Hakimiyyət ona atasından - keçmiş prezident, Sovet İttifaqının və MTK-nin keçmiş rəhbərlərindən olmuş Heydər Əliyevdən keçib.

“BLOOMBERG” AGENTLİYİ
Azərbaycanda keçirilən referendumla bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılır. Bu da neft zəngini və keçmiş sovet respublikası olan bu ölkədə Əliyev ailəsinin hakimiyyət ömürünü daha da uzada bilər.
Ölkənin indiki lideri İlham Əliyevin atası Heydər Əliyev 1993-cü ildə prezident olmasından bəri Əliyevlər ailəsi Azərbaycanda hakimiyyətdədir. Heydər Əliyev 1969-1982-ci illərdə də bu sovet ölkəsində Kommunist Partiyasının rəhbəri olub. Beləliklə də, Əliyev ailəsi 40 ilə yaxındır ki, Azərbaycanda hakimiyyətdədir.
2003-cü ildə hakimiyyəti atasında alan İlham Əliyev ötən ilin oktyabrında qüvvədə olan Konstitusiyaya əsasən ikinci və sonuncu dövr üçün prezident seçilib.

EURONEWS
Bir nəfərin iki dəfədən çox prezident seçilə bilməsi üçün Konstitusiya dəyişikliyini Azərbaycanda seçicilərin 90%-dən çoxu müdafiə edib.
Bu məsələyə yekdilliklə “hə” deyilməsi 47 yaşlı prezident İlham Əliyevin neft zəngini olan keçmiş sovet respublikası Azərbaycanda ömürlük prezident olmasına imkan yaradır. Bu, sülalə hakimiyyətinin daha da möhkəmlənməsi deməkdir. İlham Əliyevin özü də hakimiyyətə atası Heydər Əliyevdən sonra gəlib.
Bakı inadla demokratiyaya sadiq qaldığını söyləsə də, insan haqları fəalları bunun doğru olmadığını bildirirlər.

“DEMOCRACY DIGEST” İNTERNET SAYTI
Bu mübahisəli referndum prezidentlik üçün məhdudiyyəti aradan qaldırmaqla “neft prezidenti” İlham Əliyevin hakimiyyəti öz əlində daha bərk saxlamasına kömək edir.
Venesuelada Huqo Çaves də bunun üçün lazım olan Konstitusiya dəyişikliklərini ötən ay apardı.
Kazaxıstanda isə parlament prezidentlik üçün limiti 2007-ci ildə aradan qaldırdı.
Hakim Yeni Azərbaycan Partiyası Konstitusiyanın bir nəfərə iki dəfədən artıq prezident seçilməyi qadağan edən maddəsini dəyişdirməklə 2013-cu ildə ikici dövrü başa çatan Əliyevin ondan sonra da seçilə bilməsinə yol açır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG