Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:07

Əsədulla Qurbanov: Azərbaycanın özünün İslam Konsepsiyası olmalıdır


Səs: Real audio
Rusiya Amerikaya daha çox lazımdır, nəinki, Amerika Rusiyaya Elxan, Bakı Dövlət Universitetinin prfessoru, Fəlsəfə Elmləri Doktoru, eyni zamanda Unqiversitetdə fəaliyyət göstərən İslamşünaslığın Tədqiqi və Tədrisi elmi mərkəzinin rəhbəri Əsədulla Qurbanov deyir ki, müstəqillik şəraitində milli dövlətçiliyi, mentaliteti, tarixi yaddaşı bərpa etmək, milli mənlik şüurunun təkrar istehsalına nail olmaq, eləcə də dövlətin beynəlxalq nüfuzunun artması üçün Azərbaycanın özünün İslam konsepsiyası olmalıdır. Əsədulla Qurbanovun sözlərinə görə Məhəmməd Peyğəmbər İslam dininin başqa qaynaqlarla yanaşı Zərdüştlükdən də bəhrələndiyini söyləyib. Azərbaycanın isə İslama qədərki dini Zərdüştlük olub.»Ona görə də müəyyən məsləhətləşmələrdən sonra qərara gəldim ki, Azərbaycanın Milli xüsusiyyətləri nəzərə alınmaqla saf islama söykənən konsepsiyamız olmalıdır».

Əsədulla Qurbanov İslamın Azərbaycanda təkamül yolu ilə inkişafını məqbul saydığını bildirir və əlavə edir ki, bu məqsədlə hazırda o, İslamşünaslığın Azərbaycan konsepsiyası ilə bağlı respublika miqyaslı elmi nəzəri konfransın təşkili ilə məşğuldur. Onun sözlərinə görə, həmin konfransda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin, Rus Provaslav Kilsəsinin və Yəhudi Sinaqoqunun nümayəndələrinin müzakirədə iştirakını nəzərdə tutulur. Çünki bu dini qurumlar çoxdandır ki, Azərbaycanda qanuni fəaliyyət göstərir, həmin dinlərə etiqad edən xristianlar və yəhudilər isə tarixən burada məskunlaşıblar. Bu konfransın bir məqsədi də dinlərarası dialoqu ön plana çəkməkdir.

Əsədulla Qurbanov bu konsepsiyada dinin siyasətə münasibətdə hansı mövqeni tutmasını da izah edərək deyir ki, din siyasətə qarışanda öz ülviliyini itirir.

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidmətinin rəhbəri Nacı Akif isə deyir ki, həmin konsepsiya ortada olmadan bir söz demək mümkün deyil. Ümumiyyətlə Azərbaycanın özünün İslam konsepsiyasının olmasına ehtiyacın olub-olmadığına gəlincə, Hacı Akif bildirir ki, «Azərbaycan dünyəvi dövlətdir. Buradakı dini qurumlar müvafiq qanuna uyğun olaraq fəaliyyət göstərirlər».

Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru Eldar İsmayılovun fikrincə isə milli reallıq baxımından belə bir İslam konsepsiyasının irəli sürülməsi yalnız Azərbaycan xalqının və dövlətinin xeyirinə ola bilər. Söhbət adi ideyadan getmədiyi üçün bunun üzərində mütəfəkkirlər işləməlidir.

Eldar İsmayılovun fikrincə, «əslində bu təklifi Qafqaz Müsəlmanları idarəsi irəli sürməli və onun gerçəkləşməsində məhz bu qurum bilavasitə əsas rol oynamalıdır. Çünki, Ruhani İdarəsinin bunu həyata keçirmək imkanı yetərincədir.

Əgər Qafqfz Müsəlmanları Ruhani İdarəsi bu konsepsiyanı irəli sürmürsə, bu artıq həmin idarənin problemidir».

Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru Eldar İsmayılov belə deyir.
XS
SM
MD
LG