Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:36

Azərbaycan 2005-ci ildə Avropada ən tez inkişaf edən dövlət olacaq


Səs: Real audio
Rusiya Amerikaya daha çox lazımdır, nəinki, Amerika Rusiyaya BMT-nin Avropa İqtisadi Komissiyasının bu günlərdə yayılan məlumatına görə, Azərbaycan bütün Avropa məkanında bu il iqtisadi inkişaf tempinə görə birinci olacaq. 14 faizlik artımla nəinki Avropanı, hətta yüksək inkişaf tempinə görə MDB ölkələrini keçəcək. Misal üçün, qonşu Türkiyədə artım cəmi 5 faiz, Ermənistanda isə 8 faiz olacaq. Amma BMT-nin iqtisadi ekspertlərinin fikrincə, Azərbaycanın 14 faizlik artım tempi əsasən bu il Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşəcəyi ilə bağlıdır. Neftdən gəlir artıqca, Azərbaycanın da ondan asılılığı artacaq və “Holland sindromu” qaçılmaz olacaq. Nəticədə neft bazarında qiymət düşən kimi Azərbaycanın müflisləşməsi baş verə bilər. Digər problem isə sahibkarlığın inkişaf etməməsi ilə bağlıdır. BMT-nin ekspertlərinin qənaətinə görə, iqtisadiyyatın birtərəfli, yəni neft sənayesindən asılı vəziyyətə düşməməsi üçün yeganə yol digər sahələrin inkişafı və adi vətəndaşlar üçün geniş imkanların yaranmasındadır. Ancaq Milli Məclisin Sosial Siyasət Koimissiyasının eksperti Rəcəb Nurəliyevin fikrincə, “Holland sindromu” Azərbaycan üçün qorxulu deyil. Onun sözlərinə görə, hazırkı inkişaf Azərbaycanın bu xəstəliyə tutulmayacağını sübut edir.

Milli Məclisin Sosial Siyasət koimissiyasının eksperti Rəcəb Nurəliyevin dediklərinin əksinə iqtisadçı ekspert Azər Mehtiyev Azərbaycanın artıq xəstəliyə tutulduğunu deyir. Onun sözlərinə görə, “Holland sindromu” gələcək problem yox, reallıqdır, və ondan necə qurtulmaq haqda düşünməyə başlamaq lazımdır.

BMT-nin ekspertlərinin qənaətinə görə, Azərbaycanın inkişaf tempinin isə ötən ilkinə nisbətən 5 faizə yaxın artması bütün dünyada gedən proseslərdən kəskin surətdə fərqlənir. Çünki qlobal proseslərin nəticəsi olaraq dünya iqtisadiyyatının artım tempi ötən ilkinə nisbətən 1 faiz azalıb və 4 fazi olacaq. Eyni azalma Avropa ölkələrində, ABŞ-da və Yaponiyada da görünür. Hətta inkişaf etməkdə olan MDB ölkələrində də azalma gözlənilir. Yalnız Türkmənistan və Qırğızıstanda artım 7 faiz olacaq. Amma bu da dünya iqtisadiyyatının ümumi proseslərinə qarşı gedən Azərbaycandan düz 2 dəfə azdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG