Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 07:32

Səslər sayılıb qurtardı, 41 dəyişikliyin hamısı keçdi


Konstitusiyaya dəyişikliklər haqda referendumda prezidentlik müddətlərinə iki dəfə məhdudiyyəti götürüldü. Referenduma çıxarılan bütün 41 dəyişiklik və əlavə qəbul olundu.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, seçki məntəqlərinin hamısında səslər sayılıb qurtardı.
MSK-nın məlumatına görə, referendumda fəallıq 71 faiz olub. Bu da referendumun baş tutması deməkdir.

2 dəfə məhdudiyyətinin götürülməsi Azərbaycan prezidenti İlham Əliyevə, növbəti seçkiləri udmaq şərtilə, ömrünün axırına kimi prezident olmaq şansı verir.
Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçirilib.
Müxalifət referendumu boykot eləyirdi.
XS
SM
MD
LG