Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:21

7 müxalifət liderinin kassasiya şikayətinə martda baxıla bilər


Səs: Real audio
Rusiya Amerikaya daha çox lazımdır, nəinki, Amerika Rusiyaya 7 müxalifət liderinin kassasiya şikayətinə baxılması qəsdən uzadılır».



Bunu onların vəkilləri deyir. Müdafiəçilər bildirirlər ki, belə olmasaydı, Ali Məhkəmə 3 ay müddətində şikayətə baxardı.



Vəkil Səməd Pənahov deyir ki, məhkəmə orqanları növbəti dəfə vaxt uzatmaq metodundan istifadə edir.



Sözügedən kassasiya şikayətinə Ali Məhkəmənin hakimi Nəriman Hüseynov baxacaq. Hakimin verdiyi məlumata görə, şikayətə baxılmasının yubanması işin həcminin böyük olması və texniki hazırlıqların başa çatmamasıyla bağlıdır. Nəriman Hüseynov qəsdən uzadılma və hansısa göstərişin olması fikirini qəbul etmir.



Məhkəmənin nə vaxt keçiriləcəyinə gəldikdə, hakim dəqiq tarix söyləmədi. Bildirdi ki, mart ayında işə baxıla bilər. Məhkumların iştirak edib-etməyəcəklərinə gəldikdə isə, dedi ki, bunu məhkəmə kollegiyası həll edəcək.



7 müxalifət lideri – Xalq partiyasının sədri Pənah Hüseyn, Ümid partiyasının sədri İqbal Ağazadə, Demokrat partiyasının baş katibi Sərdar Cəlaloğlu, Müsavat başqanının müavinləri Arif Hacılı, İbrahim İbrahimli, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov və «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu 2003-cü ilin 16 oktyabr hadisələrinin təşkilində günahdandırılıb.



Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2004-cü il oktyabrın 22-də çıxardığı hökmlə onlar 2 il yarımdan 5 ilədək azadlıqdan məhrum ediliblər.



Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG