Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:53

MSK və QHT üzvləri Orta Asiyadakı seçkiləri müşahidə edəcəklər


Səs: Real audio
Rusiya Amerikaya daha çox lazımdır, nəinki, Amerika Rusiyaya Bu bazar, fevralın 27-də Qırğızıstan və Tacikistanda keçiriliəcək seçkiləri MDB-dən olan müşahidəçilər, o cümlədən Azərbaycanın Mərkəzi Seçki Komissiyasının üzvləri və qeyri-hökumət təşkilatları müşahidə edəcəklər.



Mərkəzi Seçki Komissiyasının katibləri Natiq Məmmədov Qırğızıstanda, Qabil Orucov isə Tacikistanda keçiriləcək seçkiləri müşahidə etmək imkanı qazanacaqlar.



Mərkəzi Seçki Komissiyasından digər müşahidəçilər ATƏT-in və MDB Parlament Assambleyasının müşahidə missiyasının tərkibində iştirak edəcəklər. Bu haqda məlumatı MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev verib.



Moldova hökuməti isə martın 6-da keçiriləcək parlament seçkilərində MDB ölkələrindən olan müşahidəçilərin iştirakını istəmir.



“İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi Moldovanın bu addımını MDB-dən gedən müşahidəçilərin qeyri-obyektiv olması, əvvəlcədən hazırlanmış rəyləri oxumaqla kifayətlənmələri ilə izah edir. «Elə buna görə də MDB-dən olan müşahidəçilərə inam qalmayıb».
XS
SM
MD
LG