Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:01

“Martda növbəti əfv fərmanı gözlənilir”


Səs: Real audio
Rusiya Amerikaya daha çox lazımdır, nəinki, Amerika Rusiyaya «Konqresmen ABŞ-ı Xocalı soyqırımını tanımağa çağırdı» başlıqlı məqalədə «525-ci qəzet» yazır ki, bundan sonra belə çağırışların sayı çox olacaq.



Sabiq dövlət müşaviri Vəfa Quluzadə «Yeni Azərbaycan» qəzetinə müsahibəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtı yaxınlaşır. Elə buna görə Ermənistan həm də Xocalı soyqırımına görə cavab verəcək.



«Xalq Cəbhəsi» qəzeti yazır ki, İranda səfəbərlik elan olunub. Ölkə ABŞ-ın mümkün həmlələrinə qarşı tədbirlər görür.



«Exo» qəzeti yazır ki, İran ona qarşı Azərbaycandan həmlələr ediləcəyi halda Bakıda “Hizbullah”ı aktivləşdirəcəyi barədə xəbərdarlıq edib.



«Bakı Xəbər» qəzeti «Hakimiyyət məhbus liderlərə qarşı təxribat törədib» sərlövhəli məqaləsində yazır ki, məhbuslar 4 saat soyuq havada saxlanıblar.



Bu gün NATO-ya inteqrasiya planı təsdiqlənə bilər. «Ayna» qəzeti yazır ki, Brüssel rəsmi Bakı qarşısında hərbi və qeyri-hərbi aspektli islahatların aparılması tələbini qoyur.



Martda növbəti əfv fərmanı gözlənilir. Hüquq müdafiəçisi Çingiz Qanizadə bununla bağlı «Üç nöqtə»yə bildirib ki, sabiq müdafiə naziri Rəhim Qazıyev də azadlığa çıxa bilər.



«Mən bu hakimiyyəti dinc yolla dəyişəcəyəm». AXCP lideri Əli Kərimli «Azadlıq» qəzetinə müsahibəsində belə deyib.



«Həbxanalara hücum əmirini kim verib?» başlıqlı məqalədə «Yeni Müsavat» qəzeti yazır ki, bu hakimiyyətdaxili qruplaşmaların İlham Əliyevə problem yaratmaq üçün növbəti cəhdi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG